Gənclərin idarəetmədə rolu

“Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”

Prezident İlham Əliyev

Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Ulu Öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimiz Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Ümummilli Lideri Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib.Azərbaycan dövləti, Azərbaycanın Prezidenti bizim kimi gənclərin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Ulu Öndərimiz demişdir: “Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin əlverişli şəraitdə yaşaması, təhsil alması, yaxşı əmək fəaliyyəti ilə məşğul olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik."1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət Gənclər Siyasəti haqqında" fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər.

Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşmışdır. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilmişdir.1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, tərəqqi, inkişaf dövrü kimi yazılıb. 2003-cü ildən sonrakı dövr isə uğurlu yolun davamı kimi dəyərləndirilir. Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmuşdur. Prezident İlham Əliyev bildirdi ki, regionların inkişafı ölkənin hərtərəfli tərəqqisində başlıca amildir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə imkanlarımızın genişləndirilməsinə zəmin yaradır. Amma bir reallığı da qeyd edək ki, dünyada təbii resurslarla zəngin olan bir çox ölkələr var ki, orada bu ehtiyatlar heç də hər zaman uğur gətirmir. Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bugünkü uğurların təməli qoyuldu. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanı regionda əsl söz sahibinə çevirdi. Xalqımız cənab İlham Əliyevi dəstəkləməklə uğurlu sabaha səs verdi. Ötən bu illərdə atılan addımlar onun hər kəsin Prezidenti olduğunu təsdiqləyir.

Son illər ölkə iqtisadiyyatı ilə yanaşı, elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunub. Elm və təhsil sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Təbii ki, müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Cənab İlham Əliyev hər bir çıxışında Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əhəmiyyətini önə çəkir: “Əsrin müqaviləsi” imzalanmasa idi, Azərbaycanın bugünkü iqtisadi imkanlarını, beynəlxalq aləmdə siyasi mövqeyini düşünmək çətin deyildi. Əgər bizdə bu güclü təbii resurs olmasa idi, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?”. Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə də maraq doğurur. İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi həyata keçirilən iqtisadi islahatların əsasında dayanır . 2019-cu ilin Fevralın 1-də keçirilən Azərbaycan Gənclərinə Həsr Olunmuş Respublika Toplantısında çıxışının sonunda Prezident İlham Əliyev bir daha Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan etdi. Əlbəttə ki, cənab Prezidentin bu fikirləri biz gənclərdə fəxarət doğurur, bununlada yanaşı məsuliyyətimizi də artırır. Çünki Azərbaycan gəncliyi dövlətin inam və etimadını layiqincə doğrultmalıdır.Bu mənada həmin tədbir və tədbirdə səslənən fikirlər böyük önəm kəsb edir, gənclərimizin qarşısına yeni vəzifələr qoyur. Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.

Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.

BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir.

Bütün bu yazdıqlarımdan belə nəticə çıxartmaq olarkı “Azərbaycan” kəlməsi çox qiymətli kəlmədir. ”Azərbaycan” dedikdə qədim zamanlardan bu günə kimi keşmə-keşli yollardan, böyük təcavüzlərə məruz qalmış və hər zaman dik dayanmağı bacarmış bir ölkə, bir xalq yada düşür. Bizim ölkəmiz çox dözümlü xalqdır və bu gün biz müstəqilik. Müstəqil olmamızın əsas səbəbkarı Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Və bu siyasəti dəyərli varis, dəyərli şəxsiyyət cənab Prezidentimiz İlham Əliyev davam etdirir. Biz gənclər olaraq Prezidentimizin ətrafında sipər olaraq dayanmışıq. Məqaləmə Ulu Öndərimiz Heydər Əliyevin sözü ilə nöqtə qoymaq istəyirəm: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir, mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam".

Mirqiyam Məmmədov,

YAP Sabirabad rayon təşkilatının gənclər birliyinin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə