Gənclər arasında poster sosial yarışı elan olunur

Gənclər arasında poster sosial yarışı elan olunur
COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar elan olunmuş karantin rejiminin qaydalarına və əhalinin sanitar-epidemioloji normalara daha cox riayyət etmələri məqsədi ilə Gənclər və İdman Nazirliyi gənclər arasında poster (mem) sosial yarışını elan edir. SİA-nın məlumatına görə, yarışın məqsədi daha cox insanın yoluxmasının qarşısnın alınması üçün ictimai nəzarətin və qınağın təşviq edilməsidir. İştirak şərtləri: · yarışda iştirak etmək istəyən gənclər Operativ Qərərgahın müəyyən etdiyi qaydalar və COVİD-19-la bağlı tətbiq edilən normaları nəzərə alaraq öz posterini yaradır; · posterdə ictimai davranışa riayyət olunması, olunmadığı halda bunun fəsadları, cəmiyyət üçün yaranan təhlükələr və s. bu səpgili mövzuların əhatə edilməsi zəruridir; · poster JPEG formatda təqdim olunmalıdır; · bir şəxs yalnız bir poster təqdim edə bilər; · iştirak etmək istəyənlər öz posterini yaradıb 15 avqust 2020 tarixinə kimi [email protected] elektron ünvana göndərməlidirlər. Elektron poçta göndərilərkən ad, soyad, mobil telefon qeyd edilməli və şəxs özü barədə qısa məlumatı da əlavə etməlidir; Qaliblərin müəyyən edilməsi və mükaftlandırılması: Təqdim edilmiş şüar və posterlər nazirliyin facebook səhifəsində yerləşdirləcək və daha cox bəyənmə toplayanlar qalib elan olunacaq. Qaliblərə Gənclər və İdman Nazirliyinin hədiyyələri təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə