Bu fəxri ada layiq görüldüyüm üçün özümü çox xoşbəxt hiss edirəm - AÇIQLAMA ÖZƏL
"Mən ilk növbədə cənab Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, "Əməkdar Jurnalist" adı öz peşə fəaliyyətinə məsuliyyətlə yanaşan, peşə fəaliyyətini vicdanla, ləyaqətlə yerinə yetirə bilən hər bir jurnalist üçün dövlətinin, prezidentinin verdiyi ən yüksək dəyər, ən yüksək qiymətdir". Bunu SİA-ya açıqlamasında Mətbuatın 145 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən "Əməkdar Jurnalist" adına layiq görülmüş Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.
Əməkdar Jurnalist bildirib ki, məhz verdiyi bu dəyərə görə, Prezidentimizə öz dərin minnətdarlığımı bildirirəm: "Bu fəxri ada layiq görüldüyüm üçün özümü çox xoşbəxt hiss edirəm. Düşünürəm ki, hər bir jurnalist üçün verilən bu dəyərdən böyük heçnə ola bilməz. Fürsətdən istifadə edərək, Mətbuatımızın böyük, şərəfli bir tarix keçdiyi 145 illik yubileyi münasibətilə Prezidentimiz tərəfindən təltif olunan bütün həmkarlarımı ürəkdən təbrik edir, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB