Bakıdan Zərdabacan anılan - BÖYÜK ZƏRDABİ… – FOTOLAR

Bakıdan Zərdabacan anılan - BÖYÜK ZƏRDABİ… – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında 30 İyun 2020-ci il sərəncamından irəli gələrək, Həsən Bəy Zərdabi irsinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək məqsədilə Təşəbbüs Qrupu respublikanın gənclər təşkilatları, hökümət, qeyri-hökumət və diaspora təşkilatları ilə müxtəlif mövzularda silsilə online videokonfranslar düzənlənib. SİA-nın verdiyi xəbərə görə, Həsən Bəy Zərdabi irsinin tədqiqi və araşdırılması sahəsində geniş məlumatı və fəaliyyəti olan Zərdabişünas alimlərin online webinarları fəal sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla izlənilib.

28 İyun 2020-ci il tarixdən start verilən silsilə online video-konfranslar çərçivəsində Azərbaycan və Türkiyə ziyalılarının, millət vəkillərinin, mətbuat nümayındələrinin, hökümət və qeyri-hökümət təşkilatları təmsilçilərinin iştirakı ilə geniş marağa səbəb olan görüşlər keçirilib.

Həsən Bəy Zərdabinin ev muzeyindən canlı yayım vasitəsi ilə izləyicilərə geniş məlumatlar verilmişdir. Həsən Bəy Zərdabi irsinin təkcə Azərbaycanda deyil eyni zamanda diaspora təşkilatlarının dəstəyi ilə dünyanın bir çox ölkələrində, xüsusi ilə Türkiyədə geniş təbliği qərara alınıb.

Karaman şəhəri ilə Zərdab rayonunun qardaşlaşması və Türkiyənin tarixi Karaman şəhərində Həsən Bəy Zərdabinin adına parkın salınması təşəbbüsü irəli sürülüb.

22 Iyul Azərbaycan Mətbuatının 145 illiyi münasibəti ilə Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun üzvləri – Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva, Həsən Bəy Zərdabi nəslinin nümayəndəsi, iqtisadçı alim Nüsrət Məlikov, gənc ictimai fəal Seymur Bayramov bu gün ümumilli lider Heydər Əliyevin, görkəmli oftolmoloq alim Zərifə Əliyevanın, ictimai xadim, ziyalı, maarifçi-publisist, Azərbaycan mətbuatının banisi Həsən Bəy Zərdabinin məzarını ziyarət ediblər.

Sonra Zərdab rayon İcra Hakimiyyəti tərəfindən 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar ölkədə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla Zərdab rayonunda keçirilən tədbirə qatılan Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu RİH başçısı Mərdan Camalzadə və bir qrup ziyalı- “Əkinçi” qəzetinin baş redaktoru İsaməddin Əhmədov, Zərdabişünas alim Eldəniz Həsənov, “Əməkdar müəllim” Ömər Tarverdiyev, Zərdabişünas Cəmil Əsəd, veteran jurnalist Mirağa Bağırov, Zərdabi LTD MMC-nin direktoru Elman Qasımov, jurnalistlər Vüqar Rəhimov, Süleyman Tarverdi, iş adamları Vəfa Muradzadə və Ramil Mehdiyev H.B.Zərdabinin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, bu dahi şəxsiyyətin parlaq xatirəsi qarşısında ehtiramla baş əyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə