Aksiyalarda ermənilərin hücumu nəticəsində 40 azərbaycanlı yaralanıb FOTO
Ermənistanın Azərbaycan səfirliklərinin qarşısında təşkil edilən müdafiə aksiyaları çərçivəsində 8 aksiya təşkil olunub. Bu aksiyalar Polşa, Niderland, Belçika, ABŞ – Vaşinqton, Los-Anceles, Gürcüstan, Türkiyə, Ukraynada keçirilib.
SİA-nın məlumatına görə, həm Ermənistan, həm də beynəlxalq erməni terror təşkilatları tərəfindən idarə olunan xaricdə yaşayan ermənilərin təşkil etdikləri aksiyalarda idarəolunmaz, qanuna zidd davranışları nəticəsində 50-yə yaxın soydaşımız yaralanıb.
Polisin davranışı
Həmin ölkələrdə bir çox hallarda öncədən məlumatlanmasına baxmayaraq, polis lazımi mühafizə tədbirləri təşkil etməyib. Bu, xüsusilə Los- Anceles və Brüsseldə təşkil olunan aksiyalarda özünü göstərib. Nəticə etibarilə Belçikada 10 nəfərədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los-Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət edib, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb. Həmçinin Polşa, Niderland və Fransada da vətəndaşlarımızın üzərinə butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliyin binalarına ziyan vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB