Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında ölkə başçısının Sərəncamı dövlətin bu dəfə də vətəndaşının yanında olmasının göstəricisi olmaqla həyata keçirilən sosial siyasətin mahiyyətindən xəbər verir.
Ölkə başçısının Tovuz rayonuna dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlərə dair məlum Sərəncamının icrası ilə əlaqədar yaradılan İşçi Qrup rayonun atəşə məruz qalmış kəndlərində ekspertiza və qiymətləndirmə işlərinə başlayıb. Bu addım düşmən təxribatlarına baxmayaraq cəbhə bölgəsində yaşayan insanların öz doğma yurdlarında daha da möhkəm dayanmasına güc verir. Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribat nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam dövlətin hər zaman öz vətəndaşının yanında olduğunun göstəricisidir. Artıq Sərəncamın icrasına başlanılıb. Qısa bir zamanda əhalinin zərər çəkmiş əmlakının qiymətləndirilməsi və vəsaitin ayrılması ilə düşmən təxribatının fəsadları aradan qaldıracaq. Cəbhə bölgəsində yaşayan hər bir vətəndaş bilir ki, düşmən onun əmlakına hər hansı zərər yetirərsə Azərbaycan dövləti onun yanındadır.
Son illər biz belə sərəncamların imzalanmasını Aprel döyüşləri, Kür çayının daşması və zəlzələ hadisələri səbəbindən zərər çəkmiş insanların evlərinin bərpasında da görmüşük. Cənab İlham Əliyev hələ prezident seçiləndə bildirmişdi ki, “mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”. Haradasa bir vətəndaşımızın evi erməni təxribatından və ya təbii fəlakətdən zərər çəkirsə, dövlətimizin başçısı dərhal onun yanında olur. Belə bir zamanda ölkə başçısının işlərin gedişini birbaşa nəzarətdə saxlaması, vəziyyətlə bilavasitə yerində tanış olmaq üçün hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyətinin öyrənilməsi, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işlərinin aparılması, eyni zamanda dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi vətəndaşlarımız tərəfindən çox böyük razılıqla qarşılanır. Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır. Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib. Son illər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik.
Şəhid ailələrinə diqqət və qayğı isə dövlət başçımızın xüsusi olaraq nəzarətindədir. Dövlətimiz Azərbaycanının ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə də şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verildi. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdi. Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. 2003-cü ildən indiyə qədər bu istiqamətdə görülən işlər də bunun bariz nümunəsidir. Bütün bu addımlar ölkə başçısının xalqın qəlbindəki yerini daha əziz, əvəzedilməz edir, dünyaya əsl dövlət başçısı nümunəsini göstərirənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıldı. Bütün bunlar isə bu kateqoriyadan olan insanlara nə qədər böyük qayğı, hörmət və ehtiram göstərildiyini sübut edir.
Vasif Bayramov, Sabunçu rayon MKTB-nin 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB