Jurnalist Əmrah Fəqanoğlu koronavirusa yoluxdu, vəziyyəti ağırdır

Jurnalist Əmrah Fəqanoğlu koronavirusa yoluxdu, vəziyyəti ağırdır

Azərbaycanda daha bir jurnalist koronavirusa yoluxub.

SİA-nın məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) əməkdaşı Əmrah Fəqanoğlu koronavirusa yoluxub. Hazırda vəziyyətinin ağır olduğu bildirilir. Jurnalist süni tənəffüs aparatına qoşulub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva jurnalistin süni tənəffüs cihazına qoşulduğunu və vəziyyətinin ağır olduğunu təsdiqləyib: "Hazırda intensiv terapiya şöbəsində onun müalicəsi davam etdirilir. Hələlik, müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə