Azərbaycanda ilk bio smart avtobus dayanacağı FOTO

Azərbaycanda ilk bio smart avtobus dayanacağı FOTO

Azərbaycanda ilk dəfə olaraq bio smart avtobus pavilyonu yerləşdirilib.

SİA-nın məlumatına görə, İsmayıllı rayon mərkəzində yerləşən dayanacaq-pavilyon artıq istifadəyə verilib. Dayanacaqda pulsuz wifi, tәhlükәsizlik kamerası, dezinfeksiya duşu, Mini bar (su, fanta, kola), enerji portu, usb quraşdırılıb.

Pavilyon günәş enerjisi ilә işlәyir. Dayanacaqda 8 oturacaq yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə