Azərbaycanda COVİD-19 səbəbindən reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı azalıb
Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı azalıb. Belə ki, hazırda həmin şöbədə müalicə alan xəstələrin sayı 332 nəfərdir. İyulun 20-də isə bu say 344 nəfər idi.
SİA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Həmçinin bildirilib ki, xəstələrdən 66 nəfəri süni tənəffüs cihazına qoşulub. Ötən gün isə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 58-ə bərabər idi.
Qeyd edək ki, hazırda ölkəmizdə 7927 aktiv koronavirus xəstəsi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB