Uğursuzluqla üzləşən Paşinyan hakimiyyəti beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır
Artıq 26 ildir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında qəbul edilən atəşkəs rejimi tətbiq edilsə də qarşı tərəf buna əməl etmir və işğalçı rejim dəfələrlə atəşkəs rejimini pozmaqla təcavüzkar mövqeyini açıq-aşkar dünya ictimaiyyəti qarşısında sərgiləyir. Bu illər ərzində Ermənistan dəfələrlə atəşkəs rejiminə əməl etməyərək hərbi hissələri təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində təxribatlar törədiblər. Ermənistanın beynəlxalq hüquq normalarını kobud və nümayişkaranə şəkildə pozması bu ölkənin daxili və xarici siyasətində baş verən böhrandan xəbər verir. Belə ki, quduzlaşmış erməni quduzları növbəti dəfə iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutsalar da, Azərbaycan Ordusu və Azərbaycan əsgəri əzm və rəşadət nümayiş etdirərək Aprel döyüşündə olduğu kimi bu dəfə də işğalçı Ermənistanın təxribatı məğlubiyyətlə nəticələndi. Bu həmişə belə olub, bundan sonra da erməni quduzlarının burnunu əzməklə onlara yerini göstərəcək. Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı qeyd etdiyi kimi, təxribatlar törədərək Ermənistanı çirkin və məkrli siyasət yürütdüyünü deyib: “Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür”.
Dövlət başçısı onu da bildirib ki, Ermənistan hansı formada təxribatlar edirsə etsin Azərbaycan işğalla barışmayacaq: “Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.
Dövlət başçısı son vaxtlar işğalçı ölkənini Azərbaycanın əldə etdiyi beynəlxalq uğurlardan narahatlıq keçirdiklərini və təxribatlar törətməklə əsl işğalçılıq siyasətlərini biruzə verdiklərini də deyib: «Ermənistan rəhbərliyinin ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.
Türkiyə XİN: Ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanındayıq
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu da deyən və Ermənistanın bu çirkin niyyətlərini qınayan dost və qardaş ölkəmiz olan Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi ilə bağlı yaydığı açıqlamada bildirib ki, Ermənistanın xəstə təfəkkürlü millətçilik anlayışının yeni bir forması olan bu hücumun qarşısının Azərbaycan tərəfindən qətiyyətlə alınması təcavüzkar niyyətin cavabsız qalmayacağını göstərib.
Vurğulanır ki, Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonları illərdən bəri əsasız olaraq işğalda saxlaması faktından yayındırmaq üçün münaqişəyə yeni bir don geyindirməsi, problemin siyasi həllinin qarşısını kəsmək üçün göstərdiyi təcavüz cəhdi nəticəsiz qalmağa məhkumdur.
Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıllı və hüquqi yol seçməlidir. Həddini aşan əməllərlə sərgüzəştlik etmək Ermənistanın zəifliyini ortaya qoyur, bölgəmizdəki sülh və sabitliyə qarşı böyük maneə yaradır. Ermənistanın öz təcavüzkarlığını ört-basır etmək cəhdlərinin beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək. Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək.
“Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır”
“Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir”, deyən Azərbaycan Prezident onu da bildirib ki, dırnaqarası çiçklənmə yalandır: “Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır”. Bu faktoru Ermənistanın daxilində yaranmış gərgin vəziyyət bir daha göstərir. Üstəlik də koronavirus pandemiyasının ortaya çıxması əhalinin sosial durumunu daha da ağırlaşdırıb. Daha bundan o tərəfə görünmür. Demək olar ki, ermənilər fəlakətin episentrindədirlər. Buna görə də Paşinyan ölkədəki inqilab ab-havasını Dağlıq Qarabağ istiqamətinə yönləndirməklə təxribat keçirməklə hakimiyyətini qoruyub saxlamaq istədi. Ancəq nəticə nə oldu? Necə deyərlər “üzü astarından betər”. Ermənistanın hərbi avantürası nəticəsində çoxsaylı əsgər itkiləri ilə üz-üzə qaldı. Ölkədə baş verən hadisələr bir daha göstərir ki, Paşinyana qarşı etiraz dalğası daha da genişlənməkdədir. əcək və bu avantürası onun başına hələ çox bəla açacaq.
Aram Sarkisyan: “Rusiya artıq İrəvanı müttəfiq kimi qəbul etmir”
Ermənistanın Demokrat Partiyasının sədri Aram Sarkisyanını sözlərinə görə, Qarabağ münaqişəsinin artıq hüdudlarından kənara çıxması və regional xarakter ala biləcəyi barədə çox danışılıb. Belə vəziyyətdə baş nazir Nikol Paşinyan və hazırkı hökumət Ermənistan-Rusiya münasibətlərini son 20 ildə mövcud səviyyəyə qaytarmağa borcludur: «Əgər müttəfiq dövlətin yalnız çətin anlarda kömək və dəstək vermək məcburiyyətində olduğunu xatırlayırsınızsa, ölkədəki siyasi vəziyyət sizin üçün müsbət hala gəldikdə müttəfiqinizdən şikayət etməyə başlayırsınızsa, başa düşməlisiniz ki, belə vəziyyətdə o cavab verə bilər və bu cavab olduqca ağrılı ola bilər», - deyən Sarkisyan, «Russia Today» beynəlxalq xəbər agentliyinin baş redaktoru Marqarita Simonyanın artıq Kremlin illərlə topladığı narazılığını ifadə etdiyini söyləyib. Partiya rəhbərinin sözlərinə görə, kimsə bunu başa düşmürsə, o, sadəcə axmaqdır və Ermənistanın milli maraqlarına zidd gedir: “Bu gün heç kim Rusiyanın bölgəmizdəki böyük təsirini əvəz edə bilməz. Bunu xalqımız da yaxşı başa düşməlidir. Rusiyaya qarşı düşüncələrin cəmiyyətimizin bir hissəsində yaranması son iki ildə mövcud Ermənistan hakimiyyətinin xidmətidir. Onlar sorosçulara və bütün qrant verənlərə Rusiyanı bizə qarşı çevirməyə icazə verdilər. Bu, bir həqiqətdir. İkincisi, dost ölkələrin olmasını istəyirsinizsə, hər gün onlarla mehriban və isti münasibətlər qurmalısınız”.Aram Sarkisyan qeyd edib ki, gərgin vəziyyət yarananda, Rusiya Prezidenti Vladimir Putin həmişə Ermənistanın siyasi rəhbərliyi ilə əlaqə saxlayırdı, amma bu dəfə baş vermədi: “Belə bir münasibətin nəyə səbəb olacağını başa düşürsünüz? Sizə artıq açıq şəkildə müttəfiq olmadığınızı bildirirlər. Onlar birtərəfli əsasda münasibət qurmaq niyyətində olmadıqlarını açıq şəkildə göstərirlər. Sizə kömək edilməli olduğunu xatırlayan kimi dərhal diz çöküb və kömək üçün sürünürsüz. Bu, müstəqilliyinizin təzahürüdür?”.
Ermənistanda əsgər anaları etiraz aksiyası keçirir
Belə vəziyyətdə hakimiyyət üçün daha bir ciddi problem orduda ölmüş Ermənistanın əsgər anaları təşkilatları və bəzi QHT üzvüləri Ermənistan Müdafiə Nazirliyi qarşısında aksiya keçirməsidir. Bununla yanaşı erməni saytlarının xəbərinə görə, Ermənistan rəhbərliyi itkilərin sayının dəqiq bilinməməsi üçün ordu rəhbərliyinə mətbuatla əlaqənin kəsilməsi göstərişini verib. Bu isə əsgər anaların hiddətinə səbəb olub. Məsələyə münasibət bildirən erməni deputatı, general Seyran Saroyan məsələ ilə bağlı əsas günahı prezident Serj Sərkisyanda görüb. O, Ermənistan ordusunun zəif olduğunu vurğulayıb: "Güclünün yanında zəif həmişə günahkardır".
Göründüy kimi, artıq erməni rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, cəbhə xəttində növbəti təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır. Ermənistanın son davranışının arxasında, həmçinin məhz bu amil də durur.
Georgi Vanyan: "İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır"
Erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan məsələnin həllində Azərbaycan dövlətinin siyasətinin uğurlu olduğunu söyləyib: "Ermənistan hakimiyyətinin iddialar əsassızdır. İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır və qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir. Erməni xalqı artıq Sarkisyanınn xalqına etdiyi bu cəlladlığı dözə bilmir. Onunu hakimiyyətdən getməsinin vaxtıdır".Göründüyü kimi, ermənilər öz doğma torpaqlarımızdan elə yenə də öz doğma torpaqlarımızı vururlar, bizim cəsur ərənlərimiz də ermənilərin başlarına at təbirlər. Eyni zamanda, erməni mətbuatı da açıq şəkildə etiraf edir ki, Qarabağdakı son döyüşlərdə Ermənistan tərəfi o qədər itki verib ki, yaralıların yerləşdirilməsi üçün Qarabağdakı hospitallarda yer qalmayıb və onlar helikopterlərlə, avtomobillərlə İrəvana göndərilir.
"Armenianreport" yazır ki, Azərbaycan Müdafiə Nazirliyi şəhidlərinin sayını açıqlasa da Ermənistan Müdafiə Nazirliyi real itkiləri gizlədir və susur. Şahidlər isə dəhşətli faktlar deyirlər. Bildirirlər ki, yaralıların sayı o qədərdir ki, onları daşımaq üçün helikopterlər çatmır, avtomobillərlə daşıyırlar. Ona görə də onlar yolda ölürlər. Həkimlər çatışmır, dərmanlar yoxdur.
Ümumiyyətlə, erməni mətbuatı döyüşlər başlayan gündən etibarən Ermənistan Müdfaiə Nazirliyini itkiləri gizlətməkdə, yalan məlumatlar yaymaqda günahlandırır. Bütün bunlar Ermənistan ordusunda hansı vəziyyətin hökm sürdüyünü göstərməklə yanaşı, hakimyyyətə qarşı etiraz aksiyalarının da genişlənməsinə, ölkədə situasiyanın daha da gərginləşməsinə rəvac verir. Bu yerdə Ermənistannı sabiq prezidenti Serj Sarkisyanın erməni gəncləri ilə görüşündə işlətdiyi bir ifadəni xatırlatmaq istərdim: "Biz üstümüzə düşən missiyanı yerinə yetirdik". O buna əsaslanırdı ki, Ermənistan türksüzləşdi, Azərbaycanın 20 faiz torpağını qamarladılar, Dağlıq Qarabağı tamamilə ələ keçirdilər və s. Görün, bu faşist xislətli ölkə başçısı öz yeniyetmələrini nəyə təhrik edirdi? Enyi ilə faşistxislətli Nikol Paşinyan da. "Yerdə qalanlarını da siz həll etməlisiniz. Bu da sizin borcunuzdur". İnsanlığa sığmayan vəhşiliyin bu cür etirafını ancaq Serj Sarkisyan, Nikol Paşinyan kimi oğru, dələduz, qaniçən, faşist xislətlilər bacarardı. Çünki onların damarlarında insan adlı varlığın yox, hələ də adı dəqiq bilinməyən bir qaniçənin, türk düşməninin qanı axır. Qoy Tanrı faşistin ən dəhşətlisi Serj Sarkisyanların, Nikol Paşinyanların cəzasını versin. Bir də bu təcavüzkarlar anlamalıdır ki, insanlıq əleyhinə cinayət cəzasız qalmayacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB