Hacı Surxay Məmmədli: “Şəhidlər Allah yanında diridirlər, əbədidirlər...” FOTO+VİDEO
İçərişəhər Cümə məscidinin dini icma rəhbəri, tanınmış din xadimi, ilahiyyat elmləri doktoru, professor Hacı Surxay Məmmədli işğalçı Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalmış general-mayor Polad Həşimovun evində olub, anası və ailə üzvləri ilə görüşüb. SİA xəbər verir ki, Hacı Surxay Məmmədli bildirib ki, o elə bir şəxsiyyət, elə bir insandır ki, onun haqqında danışmağa vaxt və zaman yetməz. Çünki Allah onun məqamını artırıb. “Şəhidlər Allah yanında əbədidirlər, diridirlər, onlar heç zaman ölməzlər”, deyən din xadimi vurğulayıb ki, şəhidlər Allah yanında ruziləniblər: “Ana, mən özümü xoşbəxt hiss edirəm ki, məhz sizinlə üzbə-üz oturmuşam. Şəxsən özümü xoşbəxt hesab edirəm ki, mən sizinlə bir yerdəyəm. Mən sosial şəbəkələrdəki statusumda da yazmışdım ki, xoş halına Polda qardaşım, mənim polda biləkli qardaşım, sən Peyğmbərə qonşu oldun. Peyğəmbərə qonşu olduğuna görə də sənin qəm-qüssən olmasın”.
İlahiyyatçı aana qarşısnda baş əydiyini bildirib və qeyd edib ki, belə bir oğulu bətndə gəzdirərək, dünyaya gətirməyin özü də cənnətlə müjdələnib: “Siz də cənnət əhlindənsiniz, siz də məqam əhlisiniz, siz də Allah yanında dəyər sahibisiniz ki, elə bir oğul, elə bir şəxsiyyət dünyaya gətirmisiniz”.
Görüşün sonunda şəhidimizin timsalında bütün şəhidlərimizin ruhuna Quran oxunub, dualar edilib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB