Bakı Slavyan Universitetində “Azərbaycanşünaslığın aktual problemləri” II Beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bu gün Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" ənənəvi II Beynəlxalq elmi konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbir Bakı Slavyan Universiteti və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfrans öz işinə başlamazdan öncə qonaqlar və konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin Bakı Slavyan Universitetindəki büstü qarşısına əklil qoyublar. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Kamal Abdulla bildirib ki, görkəmli dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın ümummilli lideri və ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü bütün respublikada olduğu kimi yaradıcısı olduğu Bakı Slavyan Universitetində də yüksək səviyyədə qeyd olunur. Onun sözlərinə görə, Heydər Əliyev dünya çapında dahi şəxsiyyət, nadir insanlardandır ki, öz həyatını doğma xalqının qurtuluşuna, inkişafına, dövlətin çiçəklənməsinə həsr edib. K.Abdulla vurğulayıb ki, ulu öndərin sərəncamı ilə yaradılan Bakı Slavyan Universitetində bu gün beynəlxalq əməkdaşlıq inkişaf edir, tələbələrə rus, polyak, çex, yunan, fransız, alman və digər dillər tədris olunur.
Daha sonra konfrans haqqında məlumat verən rektor qeyd edib ki, bu tədbir Azərbaycanşünaslıq ideyalarının bir elmi istiqamət kimi öyrənilməsi və mənimsənilməsi, xarici ölkələrin univesitetlərində fəaliyyət göstərən Azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, Azərbaycanşünaslığın inkişafı, təbliği və tədqiqi, müxtəlif ölkələrdən olan azərbaycanşünasların, Azərbaycan dilinə və ədəbiyyatına, tarixi və mədəniyyətinə böyük marağı və məhəbbəti olan insanların bir yerə toplanması və Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutmasında bu insanların elmi potensialı və təcrübəsindən geniş istifadə edilməsi, eləcə də həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsinə dəstək məqsədilə təşkil olunub: "Konfransın işi müasir azərbaycanşünaslığın müxtəlif aspektlərini ehtiva edən dil və ədəbiyyat, ictimai-siyasi elmlər və kulturologiya istiqamətləri üzrə aparılır. İşçi dilləri Azərbaycan, rus və ingilis dilləri olan konfransa respublikanın ali məktəblərindən və elmi müəssisələrindən 173, Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Belarus, Gürcüstan, Litva, Polşa, Qazaхıstan universitetlərindən isə 30 alim və tədqiqatçı qatılıb".
Tədbirin davamında çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov konfrans iştirakçılarına təbriklərini çatdırıb. O qeyd edib ki, ənənəvi keçirilən bu konfrans ölkələrin marağı ildən-ilə artmaqdadır. Daha sonra çıxış edən xarici qonaqlar konfrans iştirakçılarına öz təşəkkürlərini və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, ənənəvi konfransın bölmə iclasları mayın 7-dək Bakı və Gəncə şəhərlərində keçiriləcək. Konfrans çərçivəsində görkəmli folklorşünas alim prof. Məmmədhüseyn Təhmasibin iki cildlik "Seçilmiş əsərləri"nin həm Bakı Slavyan Universitetində, həm də Gəncə Dövlət Universitetində təqdimat mərasimi təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB