Nazirlik: "Tikinti işləri dayandırılıb"

Nazirlik: "Tikinti işləri dayandırılıb"

“Tri korona” yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları araşdırıblar.

Nazirliyin mətbuat katibi İradə İbrahimova AZƏRTAC-a bildirib ki, ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub. Təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə