12 862 nəfər ev şəraitində müalicə alır

12 862 nəfər ev şəraitində müalicə alır

"3 həftəyə yaxındır ki, ambulator şəraitdə yəni ev şəraitində COVID-19-a yoluxmuş şəxslərin müalicəsi aparılır. Statistikaya əsasən 12 862 şəxs ambulator şəkildə müşahidə altındadır. Onlardan 8000-dən artıq nəticələri mənfi olanlardır". Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, bunların əksəriyyəti koronavirusdan sağalmış, koronavirusa yoluxmuş şəxslərlə kontaktda olmuş, yoluxmanın göstəriciləri olan lakin nəticəsi mənfi olan şəxslərdir. Gün ərzində 400-500 arası poliklinikalara müraciətlər olur. Onların əksəriyyəti telefon vasitlə bağlanır. Müraciətlər əsasında 6000-ə yaxın yaxmalar götürüb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə