Koronovirusa qarşı kütləvi peyvəndləmə 2021-ci ilin ortalarında başlaya bilər. SİA xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının sədr müavini Sumiya Svaminatan deyib.
Onun sözlərinə görə, hazırda 20 namizəd peyvəndə kliniki sınaqlardan keçir. Onlardan bəzilərinin təsir göstərəcəyinə dair ümid var. Nəticələr gələn ilin əvvəli alına bilər.
ÜST nümayəndəsi deyib ki, koronovirusa qarşı antikorların bir müddət sonra yoxa çıxması virusa qarşı immunitetin tam yoxa çıxması mənasına gəlmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB