Ermənistanın Azərbaycana qarşı təcavüzkar münasibətinə reaksiyalar davam edir. Türkiyə Yazıçılar Birliyinin İstanbul Şöbə müdiri Mahmud Bıyıklı, Azərbaycan Yazıçılar Birliyinin prezidenti Anar Rzayevə dəstək məktubu yazaraq Ermənistanın işğalçı mövqeyinə qarşı reaksiyasını dilə gətirib. SİA-nın məlumatına görə;
Hər cür dəstəyə hazır olduqlarını ifadə edərək, Bıyıklı ilə məktubunda bildirib:
Azərbaycan Yazıçılar Birliyinin prezidenti cənab Anar Rızayev,
Tarixi qırğınlar və vəhşiliklərlə dolu erməni dəstələrinin keçmişdə olduğu kimi, bu gün də haqqsız və hüquqa zidd bir şəkildə təcavüzkarlığını davam etdirməsini narahatlıqla izləyirik. Qarabağ işğalı davam edərkən, yeni işğal cəhdləri ilə zülmlərinə yeni zülmlər əlavə etməyə çalışan zülmkarlara qarşı qəhrəman Azərbaycan ordusunun nəcib müqavimətini hörmətlə qarşılayırıq.
Türkiyədəki bütün vətəndaşlarımızın duaları və dəstəyi sizinlədir. Qəlblərimiz həmişə Azərbaycan Türkləri ilə döyünür. Bakı ilə İstanbul arasındakı qardaşlıq körpüsü qiyamətə qədər sökülməyəcək. Milli Şairimiz Mehmet Akifin möhtəşəm ifadəsində cəbhəmizin sinəsində imanda bir, sevinc bir, kədər bir, bicdan birdir. Cihan yıxılsa da, bu cəbhə sarsılmayacaq.
Bütün dünya iki dövlətin bir millət olaraq düşmənə boyun əyməyəcəyimizi görəcəkdir. Azərbaycan xalqı yalnız deyil.
Hər cür dəstəyə hazır olduğumuzu bildirir, fürsətdən istifadə edərək, qatil ermənilərin təxribatı nəticəsində həyatını itirən şəhidlərimizə Cənab-ı Allahdan rəhmət, Can Azərbaycanın igid xalqına başsağlığı veririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB