“Azərbaycanda yüksək vətənpərvərlik, həmrəylik vəhdəti yaşanır” - MƏQALƏ
Bu gün Azərbaycanın hər nöqtəsində yürüş var və Azərbaycan xalqı öz torpaqlarını azad etmək üçün öz qeyrəti ilə nümayiş etdirir. Bu, çox böyük örnəkdir. Ən önəmli örnək isə, “Torpaq, uğrunda ölən varsa Vətəndir” deyən əzm və şücaət göstərə əsgərlərimizin torpaq uğrunda qəhrəman və şəhid olmağı özlərinə fəxr bilir və bildilər də... Torpaq, uğrunda ölən varsa Vətəndir. Həmişə olduğu kimi, işğalçı ölkə Ermənistan silahlı qüvvələri növbəti - iyulun 12-də Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmiş və bununla da bir daha öz faşist xislətini nümayiş etdirdi.
Lakin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşünülmüş siyasəti, güclü Azərbaycan Ordusunun təxirəsalınmaz və qətiyyətli hücumu nəticəsində erməni faşistlərinin riyakar və çirkin hücumunun qarşısı cəsarətlə alındı, düşmənə layiqli cavab verildi. Və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, xalq-iqtidar-ordunun sarsılmaz birliyinin, yüksək vətənpərvərliyinin, həmrəyliyi vəhdəti yaşanır.
Bu çətin, mürəkkəb bir zamanda siyasi baxışlarını bir yana qoyaraq, Ali Baş Komandanın yanında olduqlarını bəyan etməklə bir daha milli həmrəylik göstərdilər
Bu gün fərəhləndirici haldır ki, bu çətin, mürəkkəb bir zamanda, Vətənimizin ağır günlərində respublikamızda fəaliyyət göstərən müxtəlif siyasi partiyalar və təşkilatlar da yüksək siyasi mədəniyyət nümayiş etdirərək, milli həmrəylik göstərərək, Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. Qəbul olunun milli həmrəylik bəyanatı Azərbaycan xalqının birliyinin əyani nümayişidir. 43 partiya sədrinin imzaladığı birgə bəyanatda birmənalı şəkildə Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiklərini və Onun ətrafında sıx birləşdiklərini bəyan etdilər.
Təəssüf doğuran odur ki, hələ də xalq cəbhəsinin tör-töküntüləri isə öz çirkin əməllərindən əl çəkməyərək xalqın bu qələbə gününə kölgə salmağa, təxribat törətməyə çalışırlar. Lakin bu viruslar 27 ildən çox zamanda hələ də anlamırlar ki, heç bir xain qüvvələr, “beşinci kolon” xalq-iqtidar-ordu birliyini sarsıda bilməz. Çünki xalq müstəqil Azəyərbaycanımızın qurucusu Ulu Öndər Heydər Əliyevin və müasir müstəqil dövlətimizin qarantı möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının təmin edilməsinə, Qarabağın azad olunmasına əmindir. Və bu gün, həm də qürurverici haldır ki, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası hər bir sahədə öz məsuliyyətini yetərincə dərk edərək ölkənin digər siyasi partiyalarının əksəriyyətini öz ətrafına, daha doğrusu milli maraqların ətrafına yığa bilmiş, Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyə, onun ətrafında sıx birləşməyə nail olmuşdur.
Lakin bu gün hələ də daxilimizdəki anti-milli qüvvələr, dövlət bşçımızın sözü ilə desək «ermənidən də pis»lər hələ də öz çirkin əməllərindən əl çəkmirlər. Dövlət başçımızın son təxribat hadisələri ilə bağlı çıxışı zamanı bildirmişdir ki, içimizdəki, “sapı özümüzdən olan baltaların” pozuculuq fəaliyyətləri və açıqlamaları xalqımızın bütövlüyünü poza, qüvvələrimizi dağıda bilməsə də, ölkə xaricində xalqımız və dövlətimizin imicinə ciddi zərbə vurmaları təəssüf doğurur. Doğrudur, təxribatın qarşısı alındı və bir daha nümayiş etdirildi ki, heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz. Çünki Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir.
Düşmənə qarşı mübarizədə ən vacib məsələ güclü milli iradə nümayiş etdirməklə həmrəyliyə nail olmaqdır
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gərginlik hələ də qalmaqdadır. Bu isə, bölgədəki gərginliyin yeganə səbəbkarı kimi münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa əngəl törədir. Ancaq Ermənistan rəhbərliyi gec də olsa heç olmasa o savadsız başı ilə bir həqiqəti anlamalıdır ki, Azərbaycan ərazilərinin işğalı faktı ilə heç zaman barışmayacaq və torpaqlarımızın bir santimetri belə düşmən işğalı altında qalmayacaq.
Elə iyulun 12-də Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətsə də Azərbaycan Ordusu iyulun 13-14-də düşmənə sarsıdıcı zərbələr endirərək, onlarca erməni hərbçi məhv edildi, düşmənin sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın olundu.
Ali Baş Komandanın da dediyi kimi, düşmənin hərbi obyektləri, kazarmaları, dayaq məntəqələrinin məhv edilməsi ilə bağlı yayılan videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların hələ cüzi bir hissəsidi. Beləliklə, Tovuz istiqamətində baş verən qısa döyüşlərdə Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi.
Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir
Dövlət başçımız vidiomüşavirədə ordumuzun təxribata cavabını belə dəyərləndirdi: "Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”.
Ali Baş Komandanın qətiyyətlə dediyi kimi: “Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz də. Baş vermiş toqquşmalar və qanlı döyüşlər isə Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmiş oldu”.
Bir sözlə, Azərbaycan güclü dövlətdir və təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün deyil, ola da bilməz. Çünki Azərbaycan həm də öz yolu, aydın mövqeyi, qətiyyətli və müstəqil siyasəti olan dövlətdir. Buna görə antiazərbaycançı dairələr və onların əlaltısı olan satqın və cinayətkar Əli Kərimli kimilər dərk etməlidirlər ki, Azərbaycana qarşı həyata keçirdikləri planların heç biri Azərbaycan dövlətinin gücü və sarsılmaz xalq-iqtidar birliyinin qarşısında istənilən riyakar planı məqsədinə çatmayaraq iflasa uğrayacaq.
Əli Hüseynov,
YAP Ağsu rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB