Azərbaycan Ordusu düşmənin istənilən təxribatına cavab vermək iqtidarındadır

Azərbaycan Ordusu düşmənin istənilən təxribatına cavab vermək iqtidarındadır

Azərbaycanın güclü Ordusu və rəşadətli əsgərlərinin əzm və şücaəti nəticəsində işğalçı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribatının qarşısı qətiyyətlə alındı. Bu gün «saman çöpü» axtarışında olan təcavüzkar ölkə anlayır ki, işğal etdiyi torpaqları geri qaytarmağa məhkumdur. Ona görə də belə mənasız provokasiyalara əl atır və suyu növbəti dəfə bulandırmağa çalışır. Amma istəyinə nail ola bilməyib və bundan sonra da nail ola bilməyəcək. Təbii ki, bu inama əsas verən Azərbaycan Ordusunun böyük imkanlara malik olmasıdır. İyulun 12-də baş verən hərbi təxribat bunu bir daha təsdiqlədi ki, Azərbaycan öz dövlət sərhədini qorumağa qadirdir. Ən əsası bu qələbə Ermənistan hakimiyyətinin ordusunun rəzil durumda oluğunu da göstərdi. Dövlətimizin başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının, eyni zamanda, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlaına və qarşıda duran vəzifələrə həsr olunan vidomüşavirəsində bütün məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin daşıdığını diqqətə çatdırmışdı.

Tcavüzkar Ermənistanın törətdiyi bütün təxribatların əsas səbəbi Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar, qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlığı, dostluq və mehriban qonşuluq siyasətinin daha güclü olmasıdır. Və işğalçı ölkə bu uğuruları və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsini qısqanclıqla qarşılayır, dünyanın qlobal problemlə üzləşdiyi bir məqamda regionda sabitliyi təhdid etməklə, işğalçı siyasət həyata keçirir. Onlar təkcə torpaqlarımızı işğalda saxlamır, bununla bərabər, gərginliyin səngiməsinə imkan vermir, regionun təhlükəsizliyinə çox ciddi zərbə vururlar. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tututması bunun bariz nümunəsidir. Ermənistanın yeritdiyi siyasət deyil, onlarıın bu hərəkəti insanlığa qarşı terror aktıdır. Eləcədə Ermənistan tərəfindən Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq vandalizm nümunəsidir.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev açıq bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq. Ermənistan anlamalıdır ki, Azərbaycanın güclü orusu olmaqla bərabər, ölkədə xalq–iqtidar həmrəyliyi mövcuddur və hər birimiz Ali Baş Komandanın müsəlləf əsgəriyik! Ermənistan nə qədər öz ordusu haqqında müsbət rəy formlaşdırmağa çalışsa da, ölkəsindəki pərakəndə və acınacaqlı vəziyyəti gizlətməyə səy göstərsə də, son döyüşlər onu subut etdi ki, ölkəmizin rəşadətli oğulları və ordusu qarşısında acizdirlər. Eyni zamanda, işğalçı ölkənin faşizim siyasəti yürtməsinin ən bariz nümunəsi dünyanın koronavirusla mübarizə etdiyi bir məqamda Azərbaycan Prezidentimizin irəli sürdüyü təşəbbüsü dəstəklənməməsi olsa da, 130 ölkə tərəfindən dəstəklənən bu təşəbbüs təcavüzkar Ermənistanı dünya dövlətləri içərisində bir daha terrorçu olduğunu sübut etdi.

Həiçinin, bu gün Ermənistanın gəncləri işğalçı ölkədə faşist siyasətinin olduğunu, orduda xidmətdən boyun qaçırdıqlarının bildirdikləri halda, Azərbaycanımızın Vətənini qorumağa hazır olan mətin gənclərimiz var. Son 5-6 gündə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində baş verən hadisələr Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nələrə qadir olduğunun nümayişi ilə yanaşı milli birliyin, həmrəyliyin, eyni zamanda tarixin bütün dönəmlərində Vətəninə, el-obasına sədaətlə bağlı olan Azərbaycan gənclərinin mübarizliyinin, vətənpərvərliyinin daha bir nümunəsi oldu.

Bu günlərdə gənclərimizin işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ordumuza dəstək məqsədilə çoxminli yürüşünün, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə hər an silaha sarılmağa hazır olduqlarının şahidi olduq. Gənclərimizin iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlər başçısının çıxışından sonra düşmənə qarşı döyüşlərə qatılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon bölmələrinə müraciət etmələri də onların haqq-ədalət naminə döyüş əzminin bariz ifadəsi oldu.

Ölkənin ictimai həyatın bütün sferalarında fəaliyyəti, yüksək döyüş əzmi ilə seçilən Azərbaycan gəncliyi Vətənin dar günündə də ön sıralarda yer aldı. Qürurverici haldır ki, Azərbaycanın düşmənin məkrli niyyətinə qarşı zəfər yürüşündə ölkəmzin gəncləri ilə yanaşı YAP Biləsuvar rayon təşkilatının gəncləri də daim Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olduqlarını bir daha nümayiş etdirdilər. Bu gün də gənclərimiz dövlət, xalq qarşısında vəzifə və məsuliyyətini yaxşı dərk edərək Ali Baş Komandanımızın əmri ilə döyüşə getməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə onlara əmanət olan torpaqlara göz dikənlərə qarşı mübarizə aparmağa bir nəfər kimi hazırdırlar.

Strateqlərdən biri deyir ki, müharibələri axmaqlar başlayar, igidlər davam etdirər, ağıllılar bitirər. Müharibəni kimlər başlaması məlumdur. Biz isə qəhrəmanlıqla davam edirik.

Ləman Yüzbaşova

YAP Biləsuvar rayon Təşkilatı Qadınlar Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə