Xəbər verdiyimiz kimi, müğənni İbrahim Borçalının oğlu avtomobil qəzasında dünyasını dəyişib. SİA-nın məlumatına görə, 21 yaşlı Rəhim uzun müddətdir Gürcüstanda qalırmış. İ.Borçalı isə ailəsi ilə Bakıdadır. Hazırda yaxınları, sənət dostları sənətçinin evinə yollanıb. Övladının nəşi isə qaldığı Aşağı Saral kəndinə aparılıb.
Hadisə Marneulidə Şulaveri kəndi yaxınlığında olub. Avtomobildə iki nəfər var imiş. Rəhim qəza zamanı hadisə yerində dünyasını dəyişib. Digər ağır yaralanan sərnişin xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Rəhimin qəzasından olan görünüsü yayılıb.
Qəzadan olan videonu təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB