Sərtləşdirilmiş xüsusi karantin rejiminin uzadıldığı ərazilərdə SMS icazənin müddəti 3 saat olub
Sərtləşdirilmiş xüsusi karantin rejiminin uzadıldığı ərazilərdə şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddətində dəyişiklik edilib.
SİA xəbər verir ki, SMS icazənin müddəti bu gündən 2 saatdan 3 saatadək artırılıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin 2020-ci il 5 avqust saat 06:00-dək uzadılmasına qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB