"Diaspor nümayəndələrimiz Azərbaycana bağlılıqlarını bir daha nümayiş etdirdilər" - RƏY
"Ermənistanın Tovuz bölgəsi istiqamətindən Azərbaycana hərbi provokasiyası zamanı xaricdə yaşayan həmvətənlərimizin müstəqilliyimizi yüksək səviyyədə dəstəkləməsi xalqımızın diqqətini çəkdi.
Dəyərli həmvətənlərimiz daha çox ölkədə, daha çox insan izdihamı ilə doğma vətəni müdafiə etmələri, yaşadıqları ölkə icitimaiyyətini Ermənistanın məkrli siyasəti barədə məlumatlandırmaqları hər birimizdə qürur hissi doğurdu". SİA-nın verdiyi məlumata görə, bunu özünün facebook səhifəsində millət vəkili Aydın Mirzəzadə yazıb.
Millət vəkili əlavə edib: "Diaspor nümayəndələrimiz yaşadıqları ölkənin layiqli vətəndaşları olmaqla yanaşı Azərbaycana bağlılıqlarını da çox bariz nümayiş etdirdilər. Nümüayişçilərin içərisində çox sayda gənclərimiz var idi, onların Azərbaycanı müdafiə etməyi özlərinə bir şərəf və mənəvi borc bildikləri açıq görünürdü.
Var olun, əziz bacı və qardaşlarımız, əziz gənclərimiz, sizləlrlə fəxr edrik, sizlər adımız və qürurumuzsunuz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB