Son günlərdə baş verən hadisələr Azərbaycan xalqını, eləcə də bütün türk dünyasını mütəəssir etdi. Biz bu çətin günlərdə ölkə başçısı cənab İlham Əliyevin nə qədər gərgin iş rejimilə işlədiyini görürük. Bilirik ki, hər bir Şəhidimiz üçün öz içində göz yaşı tökür. Bu daha çətin və əzablıdı…
Bəzi qaraguruhçu qüvvənin barışmaq istəmədiyi bir həqiqət var: Ölkə başçımız öz taleyini yaşamır, o, xalqın taleyini yaşayır və xalqa məxsusdur. Ona görə də Azərbaycan xalqı öz Prezidentinə güvənir və bilir ki, o son damla qanınadək Azərbaycanın xoşbəxt gələcəyi üçün çalışır və çalışacaq.
Mübarizə ona görə çətinlik yaradır ki, düşmənlərimiz ağıllı deyil, "oğru,quldur,riyakar" bir tayfanın törəmələridir, əsl-nəcabətdən xəbərləri yoxdu. Onlar bütün dünyada beləcə də tanınır.
Bilirik ki, Prezidentimiz İ.Əliyev gecəni gündüzə qataraq yorulmaq bilmədən çalışır, düşünülmüş siyasətlə xalqı qələbəyə doğru aparır. Maneələri aşmaq, onu dəf etmək üçün müdrik bir siyasətlə, səy və bacarıqla davranmaq fitrən istedadlı insanlara məxsus ali keyfiyyətdi. Və bu Onda ən yüksək səviyyədədi.
Son konfransdakı çıxışına həyəcansız baxmaq mümkün deyil. Bu məruzənin tarixi əhəmiyyəti xalqın vətənpərvərlik duyğularını daha da alovlandırmasındadı. Prezidentimizin vətən sevgisi Azərbaycan gənclərinin damarlarında millətin harayına döndü. Bu çətin şəraitdə məsafə gözləməklə hamını bir araya gətirdi, eyni cərgədə sıraya düzdü. Xalqımız Ali Baş Komandanın çağırışına dərhal cavab verəcəkləri ilə onu bir daha əmin etdi.
Prezident İlham Əliyev heç vaxt təmkinini itirməyən dövlət xadimi kimi, sözün həqiqi mənasında, dünyaya bir NÜMUNƏ, LİDERDİR. Allah tərəfindən seçilmək bax budur! Onu sevməmək mümkün deyil. Nə qədər qeyri-adi ŞƏXSİYYƏT olasan ki, düşmənlərə kimliyini də yüksək mədəniyyətlə dərk etdirməyi bacarasan. O, ən böyük məhəbbətə, yüksək iltifata layiqdir! Tanrı Onu və ailəsini Azərbaycan xalqına çox görməsin! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevsiz qələbə mümkün deyil və ola da bilməz!
Qənirə Əmircanova,
əməkdar müəllim, pedoqogika üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB