İşğalçı və təcavüzkar Ermənistanın dövlət sərhəddimizin Tovuz rayonu istiqamətində törətdikləri silahlı təxribatçı cəhdləri şanlı Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri tərəfindən qətiyyətli cavabını aldı. O cümldən, bütün xalq ümummilli dəstək göstərərək, düşmənə qarşı birləşib, həmrəylik nümayiş etdirdi. Bu reallıq bir daha sübut etdi ki, işğalçıların heç bir cəhdləri uğurla nəticələnməyəcək və o cümlədən, onlar həmin əməlləri ilə öz məğlubiyyət zamanlarını daha da daratltmış oldular.
O da əbəs deyil ki, artıq ölkənin aparıcı müxalifət partiyalarının liderləri də xalqın səsinə-səs verərək, siyasi fəaliyyətlərini dondurduqlarını, iqtidarla aralarında olan bütün narazılıqları bir kənara qoyaraq, Vətən, dövlət və torpaqlarımızın bütövlüyü naminə Ali Baş Komandanın əmrində olduqlarını vurğuladılar. Bu fakt isə bir daha sübut etdi ki, Azərbaycan xalqı ümummilli məsələlərdə hər zaman yumruq kimi birləşib, düşmənlərə ağır zərbələrini vurmağa hazırdır. "Bu dönəmdə bütün siyasi, ictimai-siyasi, sosial fikir ayrılıqlarını bir tərəfə qoyub, düşmənin burnunu əzmək lazımdır", deyən Pənah Hüseyn bildirib ki, Azərbaycan Xalq Partiyasının sədri olaraq indiki məqamda dövlətin, hakimiyyətin yanında olmağa dair qərarımız var. İnşallah bu ağır məqamdan millətimiz üzüağ çıxacaqdır.
"Vətənimizi, millətimizi qorumaqdan, işğaldan azad etməkdən ötrü əlimizə çox gözəl bir fürsət düşüb və bu fürsəti əldən vermək olmaz. Müharibə ilə alınan torpaq sülhlə alına bilməz", deyən Nemət Pənahlı bildirib ki, 27 ildə ötüb-keçənlər də göstərdi ki, düşmən sülh yolu ilə torpaqları geri verməyəcək: "Hakimiyyət də əmin olsun ki, bütün Azərbaycan xalqı son nəfəsinə qədər mübarizə aparmaq gücündədir və dövlətimizin xilası Qarabağın azad olunmasından keçir. Hətta torpaqlarımız azad edildikdən sonra belə, ən qatı müxalifətin bu hakimiyyətə dəstək göstərəcəyinə mənim zərrə qədər şübhəm yoxdur. Əgər kimsə bunu edərsə, xalq və bizim tərəfimizdən cəzasını alacaqdır".
Bizim bir Allahım iz, bir dövlətimiz və bir Milli Ordumuz var. Dövlətimiz, millətimiz də bir olduğu kimi, biz özümüz də birliyimizi saxlamalıyıq və bunu dəyərləndirməliyik". Bu fikirləri isə, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. "Biz siyasətə gələndən demişik ki, millətin əsgəriyik", deyən KXCP sədri əlavə edib ki, belə bir vəziyyətdə hər birimiz hansı siyasi mənsubiyyətə malik olmağımıza baxmayaraq dövlətin müdafiəsində dayanılmalıyıq: "Əslində, bütün siyasi partiyalar bu gün müharibə partiyası olmalıdır. Bütün vətəndaşlar bu müharibəyə qoşulmalıdırlar. Hər şey cəbhə üçün, hər şey qələbə üçün olmalıdır. Dövlətimizin, ordumuzun yanında olmağımız qələbəmizin təminatıdır. Bunu hər kəs bilməlidir”.
Göründüyü kimi, belə bir həssas məqamda çıxış edən müxalifət partiyalarının sədrləri və liderləri örnək addım atmaqla dövlətçilik maraqlarının qorunmasını hər şeydən üstün olduğunu bildiriblər. O cümlədən, bu reallıq həm də qələbənin elə də uzaqda olmadığının göstəricisidir. Azərbaycan xalqını yalnız qələbə, ərazi bütövlüyünün təminatı və daha çox zəfərlər gözləyir.
Yasin Quliyev, 71 saylı orta məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB