Sabunçu rayonu ərazisində Nəcəfova Pərvanə Əziz qızının övladları ilə birlikdə çətin vəziyyətdə yaşadığı barədə sosial şəbəkə səhifələrindən birində yayımlanan videosujetlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ailə ilə əlaqə saxlayıb. SİA xəbər verir ki, ailənin sosial dəstək tədbirlərinə cəlb olunması üçün uşaqlarının şəxsiyyətini təsdiq edən sənədlərinin olmadığı müəyyən olunub.
Nazirlik tərəfindən ASAN Xidmətə müraciət edilərək onların səyyar xidmətlərindən istifadə olunub. İlkin olaraq ailənin 14 yaşına çatmayan iki övladının şəxsiyyət vəsiqələri ilə bağlı məsələ həllini tapıb. Sənədləşmə işləri aparılıb. Yaxın günlərdə şəxsiyyət vəsiqələri ailə üzvlərinə çatdırılacaq.
Bundan sonra Nazirlik tərəfindən ailəyə ailə başçısını itirməyə görə müavinət təyin ediləcək. Həmçinin P.Nəcəfova istəyi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Yaxın günlərdə əmək müqaviləsi bağlanacaq və işə başlayacaq.
P.Nəcəfovaya ünvanlı dövlət sosial yardımı üçün müraciət proseduru da izah olunub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB