"Xutor dairəsi" istiqamətində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq 18-19 iyul tarixlərində Ziya Bünyadov prospektinin "Karl Marks dairəsi" kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində "Xutor dairəsi" istiqamətində hərəkət müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar babayev, 22-ci Dağlıq və Hüseyin Seyidzadə küçələrindən istifadə edə bilərlər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə