“Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir” Təranə Kərimova
“İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaları bağlı dərin narahatlıqlar ifadə edilməkdədir. Ancaq Azərbaycanın güclü ordusu təxribatın qarşısını aldı, düşmən geri oturduldu və canlı qüvvəsi, texnikası məhv edildi”. Bu fikri SİA-ya açıqlamasında YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova deyib.
T.Kərimova onu da vurğulayıb ki, Azərbaycanın çox güclü ordusu, qətiyyətli Ali Baş Komandanı, hər şeyi dəqiqliklə analiz edən hərbi-siyasi elitası var: “Ermənistanın riyakar baş naziri Nikol Paşinyan gözəl bilir ki, Ermənistan koronavirusun cəngində çabalayır və bu pandemiyanın yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdən yayındırması istisna olunmur. Və Nikol Paşinyan da çox gözəl dərk edir ki, iri miqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan ordusu qarşısında biabırçı məğlubiyyəti göz qabağındadır. Bu günə kimi, Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi və verməkdədir. Şəhid hərbçilərimizin qisası alınıb”.
“Bu təxribatın baş tutmasında dicər məqam Ermənistanın Azərbaycan uğurlarına paxıllıq etməsidir. Çünki son illər Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Azərbaycanın təşəbbüsü ilə beynəlxalq təşkilatların zirvə görüşləri, xüsusi sessiyanın keçirilməsi ilə bağlı təklifi 130 ölkənin dəstəkləməsi, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutması. Ermənistanın bu təşəbbüsün əleyhinə çıxması isə bir daha dünya dövlətləri arasında rüsvay etdirməklə, bir daha özünü dünyadan təcrid etdi. Dünyanı ağuşuna alan COVID-19 -la bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bütün dünyanın diqqətini öz çirkin siyasi əqidəsinə yönəltdi. Azərbaycan dövləti dünya birliyini koronavirusla mübarizədə həmrəy olmağa, birləşməyə səslədiyi bir zamanda Ermənistan bu təşəbbüsə əks mövqe sərgilədi. Bununla da, Ermənistan işğalçı olduğunu sübut etdi”.
T.Kərimova onu da vurğulayıb ki, Ermənistan dəfələrlə rüsvay duruma düşməsi, Azərbaycanın dünya miqyasında artan nüfuzu işğalçı tərəfin çirkin əməllərinin, məkrli planlarının daha da qabartdı: “İyulun 12-də baş verən proseslər də bir daha göstərdi ki, Azərbaycanın silahlı qüvvələri istənilən təxribatın qarşısını almağa qadirdir. Qısa müddətlik döyüşdə erməni hücumu nəinki dəf edildi, hətta yağı düşmənin yetərincə hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Doğrudur, ermənilər itkilərini etiraf etməsələr də, bu günə kimi baş verən proseslər onu göstərir ki, erməni qüvvələri yetərincə itki verib. Qeyri-rəsmi məlumatlara görə elə ancaq erməni ordusunun 30-dan çox əsgəri məhv edilib. Bu isə onların növbəti fiaskolarıdır. Azərbaycanın şanlı ordusu peşəkardır, möhkəmdir və yerindədir. Bizim əzəli torpaqlar onsuzda geri qaytarılacaq”.
T.Kərimova bütün bu qələbələrdən narahat olan daxilimizdəki "5-ci kolon"u möhkəm narahat etdiyini də bildirib: “İyulun 14-də gecə radələrində bir qrup təxribatçının Milli Məclisə qeyri-qanuni müdaxiləsi, anti-dövlət şüarlar səsləndirməsi və qanunverici orqanın əmlakına zərər vurması təsadüfi hadisə olmayıb, öncədən planlaşdırılmış təxribatın nəticəsidir. Son hadisələrlə bağlı orduya və dövlətə dəstəyini, düşmənə isə nifrətini ifadə etmək üçün yürüşə çıxan insanların sıralarına öncədən hazırlaşdırılmış və təlim almış təxribatçıların məqsədi Azərbaycanı 90-cı illərin ssenarisi üzrə məhvə sürükləmək, ölkədə hakimiyyətsizlik mühiti formalaşdırmaq və bununla da yeni ərazi işğallarına şərait yaratmaq, perspektivdə isə vətəndaş müharibəsini labüd etməkdən ibarət idi. Ancaq xarici və daxili düşmənlərimizin bu arzusu baş tutmayacaq. Azərbaycan güclü dövlətdir. Ölkəmizdə cəmiyyət və vətəndaş həmrəyliyi, xalq-hakimiyyət birliyi monolit xarakter kəsb edir. Və xalq öz Ali Baş Komandanının arxasındadır, ona tam inanır və güvənir. Düşmən dəyirmanına su tökən, öz xislətindən əl çəkməyərək ordumuzun və rəhbərimizin yanında olmaq əvəzinə təxribatçılıqla məşğul olan, ermənilərin əlinə oynayan, dövlət müstəqilliyimizin qəsdinə duran qüvvlərin tapşırığını canfəşanlıqla yerinə yetirən, vətəninə və xalqına xəyanət edənlər yaxın zamanlarda təxribatçı əməllərinə görə cəzalarını alacaqlar”.
RƏFİQƏ HÜSEYNOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB