Azərbaycan Ordusunun döyüş qabiliyyəti və döyüş ruhu çox yüksəkdir
Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərinə və yaşayış məntəqələrinə ağır silahlardan da istifadə etməkə 12 iyul tarixindən başladıqları təxribat davam edir. Bu günlər ərzində ərazidə yerləşən hərbi birləşmələrimiz tərəfindən düşmənə sarcıdıcı zərbələr endirilmiş, düşmənin ağır texnikaları, istehkamları, müdafiə qurğuları, komanda idarəetmə məntəqələri darmadağın edilmişdir. Qarşı tərəf canlı qüvvə ilə 100 nəfərdən çox itgi verərək geri çəkilmişdir. Qəhrəman Azərbaycan Ordusunun düşmənə vurduğu sarsıdıcı zərbələr onları panikaya salmışdır. Düşmən ordusunda ruh düşkünlüyü hökm sürür. Zabit və əsgərlər döyüşməkdən imtina edib qaçmaq istəyirlər. Lakin onlar məcburən saxlanılırlar və həbs edilirlər.
Bu döyüşlər göstərir ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və ruh yüksəkliyinə malikdir. Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hazırdır. Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək əzmindədir. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan – Ermənistan sərhədində baş verən döyüşlər bunu bir daha təsdiq edir.
Bu döyüşlər eyni zamanda Azərbaycan Ordusunun, onun əsgər və zabitlərinin qəhramanlıqlarını nümayiş etdirir. Azərbaycan zabitləri əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə Vətəni bərabər qoruduqlarını göstərir.
Ölkədə sabitliyi qorumaq hər kəsin vətəndaşlıq borcudur. Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Azərbaycan ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin nəticəsində müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi tənəzzülündən xilas olub, inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Azərbaycanın sabitlik diyarına çevrilməsi ölkəmizə investisiya axınını sürətləndirir, bizimlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasına geniş imkanlar açır. Azərbaycan bu gün dünyanın ən islahatçı 20 ölkəsi sırasında qərarlaşıb. Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir. Ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan deyiləndə göz önünə ilk olaraq Azərbaycan gəlir. Bütün bu uğurlarımız dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti ilə yanaşı, xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına əldə edilib. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir. Bunun üçün uğurlarımızı hər vəchlə qorumalı, ölkəmizin inkişafına töhfələrimizi artırmalı və istənilən pozucu hərəkətlərə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.
Azərbaycan xalqı fəxr edir ki, onun belə bir güclü və peşəkar ordusu var. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin dövlət səhədlərimizdə bundan sonra da törədə biləcəyi bütün təxribatlara layiqli cavab verəcək və lazım gəldikdə işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi üçün müvafiq tədbirləri həyata keçirəcəkdir.
Yusifov Zaur, 259 saylı orta məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB