Tovuz rayonunda işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir. SİA xəbər verir ki, bu gün təxminən saat 04:00 radələrindən başlayaraq düşmən tərəfi mövqelərimizi və Dondar Quşçu, Ağdam, Öysüzlü kəndlərini artilleriya qurğularından atəşə tutub.
Atəş nəticəsində Dondar Quşçu kəndində iki evə top mərmisi düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Lakin hər iki ev tamamilə yararsız vəziyyətdədir. Hazırda ordumuz tərəfindən düşmənin bütün mövqeləri artilleriya zərbələrindən atəşə tutulur.
Düşmənin Tovuz rayon istiqamətində olan bütün mövqeləri dayanmadan atəş altında saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB