Latışova Tatyana Vladimirovna - peşəkar və fədakar insan əbədiyyətə qovuşdu NEKROLOQ

Latışova Tatyana Vladimirovna... Onu tanıyanlar bu insanı bənzərsiz və hədsiz müsbət cəhətləri ilə seviblər. Daim humanistliyi, yardımsevərliyi, nəzakətli davranışı və sadiq dostluğu, eləcə də fədakarlığı istər çalışdığı yerdə - Azərbaycan Dəmir Yollarının Həkim Sanitar Xidmətinin yol-sanitar karantin müfəttişliyində, istərsə də yaxın çevrəsində seçilib, dəyərləndirilib.

Tatyana Vladimirovna eyni zamanda, çalışdığı məkanda - nüfuzlu həkim epidemioloq kimi Yükdaşımalarına nəzarət şöbəsinin direktoru vəzifəsinin öhdəsindən layiqincə gəlib, daim öz bilik və bacarıqlarını digərləri ilə bölüşüb. Bir sözlə, insanlığı, peşəkar və fədakar əməyi, dostluğu, sirdaşlığı, ali mədəniyyəti Tatyana xanımın əvəzsiz insan olduğunu daim nümayiş etdirirdi. Əbədiyyətə qovuşan Tatyana xanım haqqında çox danışmaq, xeyli təəssüratları, xatirələri bölüşmək olar. Onun üzləşdiyi ağır xəstəlik səbəbi ilə vəfat etməsi dostlarını, sevənlərini böyük kədərə qərq edib. Ancaq insanlığı və xoş xatirələri daim qəlblərdə yaşayacaq.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə