"Veteranlar döyüşə hazırdırlar" - MÜRACİƏT

Azərbaycan Silahlı Qüvələri, Əfqanıstan və Qarabağ müharibə veteranları və ehtiyatda olan hərbçilər Ali Baş Komandana müraciət ünvanlayıblar. SİA həmin müraciəti təqdim edir:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə

12-13-14 iyul tarixində, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz, Qazax və Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi təxribat nəticəsində artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutması və Azərbaycan əsgər və zabitlərimizin şəhid olması, biz ehtiyatda olan zabitlərimizin, müharibə vetranlarımızın haqlı qəzəbinə səbəb olub.

Təcavüzkar siyasətini özlərinin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə görünür.

Ermənistan silahlı qüvvələrinin bölmələrinin iyulun 12-13-14 tarixlərində Tovuzda və Naxşıvanda törədiyi təxribatı fakt kimi, aparılan sülh danışıqlarının sonunun gəlib çatdığını bir daha təsdiq edir. Biz, müharibə veteranları dünya dövlətlərinə də müraciət edərək bildirik ki, Ermənistan heç vaxt, Qarabağı sülh yolu ilə Azərbaycana qaytarmayacaq. Dağlıq Qarabağ münaqişəsinin həllinin alternativi yalnız müharibədir.

Bu gün ermənilər və onların havadarları bilməlidirlər ki, nə Azərbaycan daha 1988-1993-cü illərdəki Azərbaycan deyil, nə də Azərbaycan Ordusu əvvəlki başıpozuq, rəhbərsiz silahlı dəstələrdən ibarət deyil. İndi Azərbaycan Silahlı Qüvələri NATO standartlarına uyğun formalaşmış Qafqazın ən qüdrətli ordusudur.

Əgər Qarabağ savaşında Azərbaycan ordusunda 10 minə yaxın keçmiş gənc Əfqanıstan müharibəsi və azsaylı hərbiçi mütəxəsislər döyüşürdüsə, indi bunların sayı 100 minlərlədir.

Biz də xalqımızın ehtiyatda olan zabiti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranları kimi bütün silahlardan və texnikalardan mükəmməl istifadə etməyi bacarırıq.

Biz, еhtiyatda olan Azərbaycan Silahlı Qüvələrinin veteranları, Əfqanıstan, Qarabağda döyüşlərində iştirak etmiş müharibə veteranları və hərbçiləri, Sizə - Ali Baş Komandana müraciət edərək yenidən orduya səfərbər olmağı, ordumuzla birgə əbədi və əzəli torpaqlarımızı ermənilərdən azad edib şəhidlərimizin və dədə babalarımızın ruhlarını şad etmək istəyirik.

İnşallah, Siz xalqın iradəsi ilə Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyata başlayacağınız halda yanınızda olacaq, Azərbaycanı yadellilərdən təmizləyib əzəli torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcəyik.

Biz Qarabağı, bütün itirilmiş torpağlarimizı birləşdirmək uğrunda müqəddəs bir yola çıxmalıyıq. Biz bu ağır yükü və problemi gənc nəsilə saxlamamalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə