Cənab Ali Baş Komandan, biz Sizinləyik, əmrinizi gözləyirik! - MÜRACİƏT

Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov məşqçlər və idmançılar adından ölkə Prezidentinə müraciət ünvanlayıb. SİA həmin müraciəti təqdim edir:

Cənab Ali Baş Komandan,

Biz bilirik ki, Sizin rəhbərliyiniz altında bütün torpaqlarımız azad olunacaq. İşğal altında olan bütün kənd, rayon, şəhərlərimizdə, Xankəndində, Şuşada, Laçında, Xocalıda qısa zamanda üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanacaq.

Torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş soydaşlarımıza, o cümlədən 12 iyunda şəhid olmuş hərbiçilərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyir, döyüşlərdə yaralanmış hərbiçilərimizə acil şəfa diləyirik.

Cənab Prezident, güclü Azərbaycan naminə biz Sizinləyik, Əmrinizi gözləyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...