Şəhid polkovnikin oğlundan qürurverici sözlər “Onun yolu ilə gedəcəyəm”

Xəbər verdiyimiz kimi, səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı şəhid olan polkovnik İlqar Mirzəyevin nəşi paytaxta gətirilib. Bakıda polkovniklə vida mərasimi keçirilib. Mərasimdə izdiham yaşanıb. SİA xəbər verir ki, şəhid komandirin oğlu Elvin Mirzəyev atası ilə fəxr etdiyini və atasının yolu ilə gedəcəyini deyib:

“Onun yolu ilə gedəcəyəm. Düzdür, məni evdən heç vaxt qoymurdular. Özü də bəzən imkan verməzdi ki, onun yolu ilə gedim. Amma mən qərara almışdım, bilirdim. Mənim burada boynu bükük olmağıma baxmayın. Mən bu yaşıma qədər həmişə atamla fəxr etmişəm, indi də edirəm. Şəhidlik hər adama qismət olmur. Onun adını da, şanını da həmişə uca tutacağam”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...