Peşəkar jurnalist Firudin Rəsulovun əziz xatirəsi ürəklərdə daim yaşayacaq NEKROLOQ

Azərbaycan jurnalistikasına ağır itki üz verib. Qocaman jurnalist, “Xalq qəzeti”nin keçmiş əməkdaşı Firudin Rəsulov uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib. Ömrünün 50 ildən çoxunu milli mətbuatımıza xidmətdə keçirmiş Firudin Yusif oğlu Fəsulov zəngin və mənalı həyat və yaradıcılıq yolu keçib.

Tanınmış jurnalist 1938-ci ildə Qərbi Azərbaycanın Zəngibasar mahalının Zəngilər kəndində anadan olub. 1962-ci ildə Bakı Dövlət Universitetini jurnalistika ixtisası ilə bitirən gənc və istedadlı qələm sahibi “Abşeron” qəzetində müxbir, şöbə müdiri, məsul katib vəzifələrində işləyib.

1969-cu ildə respublikanın avanqard mətbu nəşri olan “Kommunist” qəzetinə (indiki “Xalq qəzeti”) işə dəvət edilən təcrübəli jurnalist canlı jurnalalistika məkbəbi sayılan bu redaksiyada uzun illər məsul katibin müavini, ədəbi işçi, müxbir, şöbə müdiri, bölgə müxbiri vəzifələrində çalışıb. Onun Dağlıq Qarabağ üzrə xüsusi müxbir olarkən qəzetdə çap olunmuş məşhur “Topxana harayı” yazısı tarixə “Milli dirçəliş günü” adı ilə düşmüş 17 Dekabr meydan hadisələrinin başlanmasına siqnal olub.

Firudin Rəsulov 1992-1994-cü illərdə “Həyat” qəzetinin şöbə müdiri, sonra isə baş redaktoru vəzifəslərində çalışıb. Tanınmış jurnalist müstəqil Azərbaycanın Mətbuat və İnformasiya Nazirliyinin kütləvi informasiya vasitələri idarəsinin redaktoru olub. Həmkarımız sonrakı illərdə fəaliyyətini “Azərsu” ASC-də davam etdirib.

Firudin müəllim Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin qurucularından biri olub, ölkənin media həyatında yaxından iştirak edib.

Peşəkar jurnalist, yurdsevər ziyalı və xeyirxah insan Firudin Rəsulovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayayacaq.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...