Azərbaycan aviatorları yenidən donor qanvermə aksiyasında iştirak edirlər FOTO

Azərbaycanın milli aviadaşıyıcısı iyul ayının 14-də Bakıda növbəti dəfə könüllü donor qanvermə aksiyası keçirir. Qeyd edilən aksiyada 300 nəfərdən çox Azərbaycan aviatoru iştirak edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aviaşirkət əməkdaşları talassemiyadan və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan verirlər.

Xatırladırıq ki, aprel ayında Azərbaycan aviatorları Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına qoşulmuşdular. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi şəraitində aviatorlar qan bankının doldurulması aksiyasında iştirak edirlər.

Aksiya qanvermə zamanı donor və həkimlərin təhlükəsizliyinin təmin edilməsinə yönəldilən qüvvədə olan əksepidemioloji tədbirlərə müvafiq olaraq xüsusi qrafik üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...