Azərbaycan dilini və dilçiliyini əhatə edən kitab çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” kitabının I cildi nəşr olunub. AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinə ithaf olunan əsər bölmənin Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə olunub.

Üç cilddə nəzərdə tutulan kitabın birinci cildi Azərbaycan dilinin və dilçiliyinin aktual mövzularını əhatə edir. Belə ki, birinci fəsildə Azərbaycan ədəbiyyatının böyük simalarının dil və üslub xüsusiyyətləri müzakirə müstəvisinə gətirilir, ikinci fəsildə isə Azərbaycan dilçilik elminə adını böyük hərflərlə yazdıran dilçi alimlərimizlə yanaşı, bu irsə töhfələr verən yeni nəsil dilçilərin də elmi yaradıcılıq yoluna nəzər salınır.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi redaktorluğu ilə çap olunan kitab Azərbaycan ədəbi dilinin, dilçilik tarixinin tədrisində əhəmiyyətli mənbədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...