Azərbaycanın qlobal liderlik rolunu öz üzərinə götürməsinin şahidi oluruq

Pandemiya dünyada baş verən bütün proseslərə təsir etməklə öz-özlüyündə yeni çağırışlar yaratdı. Heç şübhəsiz, pandemiya siyasi dövrünün əsas hadisəsi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasını çağırmaq barədə tarixi təşəbbüsü oldu. Bəlkə də dünya dövlətlərinin sadə vətəndaşları belə bir təşəbbüsün superdövlətlərin başçıları tərəfindən irəli sürüləcəyini gözləyirdi. Lakin bu baş vermədi, dünyanın belə çətin günlərində böyük dövlətlər həmrəylik göstərmək yerinə, əfsuslar olsun ki, bəzi hallarda yenə də daxili qısqanclıqdan və ya intiriqalardan yenə də özünütəcridə keçdilər.

Kornavirus əslində dünyaya açıq bir mesaj verdi - qlobal təhlükədən heç bir dövlət sığortalanmayıb və yalnız həmrəylik kataklizmlərin qarşısını ala bilər. Erməni işğalına məruz qalan və ərazi baxımından elə də böyük olmayan bir dövlətin - Azərbaycanın lideri İlham Əliyev böyük təşəbbüs göstərərək qlobal çağırış etdi. Çağırış dünya dövlətləri tərəfindən dəstəkləndi. Hər bir dövlətə Azərbaycanının regiondakı gücü və liderliyini məlumdur. Azərbaycan böyük regional layihələrə dəstək verərək əsas oyunçulardan birinə çevrilib. Artıq bu mərhələdə biz ölkə başçısının timsalında Azərbaycanın qlobal bir liderlik rolunu öz üzərinə götürməsinin şahidi oluruq. Heç şübhəsiz burada cənab Prezident İlham Əliyevin şəxsi nüfuzu və dünya siyasi arenasında xüsusi çəkisinin olması da vacib faktlardandır. Azərbaycan bir sıra qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Liderlik gendən gələn və ya sonradan mühit tərəfindən formalaşan xüsusiyyətdir mövzusu hər zaman mübahisə doğuran məsələdir. Cənab Prezident İlham Əliyevin siyasi portretinə nəzər saldıqda hər iki xususiyyətin onun həyatında olduğunu görürük.

Bu onu göstərirdi ki, artıq Azərbaycan beynəlxalq arenada öz sözünü deyə bilən, öz təkliflərini irəli sürə bilən, öz təşəbbüsləri ilə dünya ölkələrini birliyə və bərabərliyə səsləyən bir dövlət statusuna sahibdir. Dünya ölkələrinin Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Cənab Prezidentin təşəbbüsünün yüzlərlə ölkənin yekdilliklə qəbul etməsi ölkəmizin beynəlxalq nüfuzu üçün də olduqca mühüm hadisədir. Prezidentimizin bu təşəbbüsü əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edildi. Qərarın qəbuluna dünyanın 130 dövlətinin dəstək verməsi bir tərəfdən Azərbaycan Prezidentinin təklifinin qlobal əhəmiyyətini, digər tərəfdən beynələnxalq ictimaiyyətin ölkəmizə, dövlət rəhbərimizə olan böyük inamının göstəricisidir. Bütün bunlar Azərbaycan Prezidentinin beynəlxalq miqyaslı problemlərin aradan qaldırılması yönündə irəli sürdüyü ilk təşəbbüslər deyil. Etiraf etməliyik ki, bu gün Azərbaycan dünyanın əsas ölkələrindən, cənab İlham Əliyev isə qlobal aləmin aparıcı liderlərindəndir.

XX əsrin dünya miqyaslı siyasi liderlərindən olan Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev artıq Azərbaycanı dünya miqyaslı dövlətə çevirir. Burada bir daha Ulu Öndərin vaxtı ilə dediyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri təsdiqini tapır.

Abduləzizov Mehman, Azərbaycan Dövlət Neft Sənayesi nəzdində Bakı Neft Eneregetika kollecinin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə