Prezident İlham Əliyevin təşəbbüsü qlobal əhəmiyyət kəsb edir

Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. koronavirus pandemiyasına qarşı mübarizədə yalnız milli səviyyələrdə görülən tədbirlər yetərli deyil. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var.

İndiki çətin dövrdə ölkələrin bir-birlərindən təcrid olunmaları, özlərinə qapanmaları vəziyyəti daha da ağırlaşdırır. Qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan COVİD-19 qlobal səciyyə daşıdığına və qlobal təhdidlər yaratdığına görə ona qarşı mübarizədə beynəlxalq səviyyədə əlaqələndirilmiş fəaliyyət qurulmalı, həmrəylik gücləndirilməli və səylər birləşdirilməlidir. Yalnız belə olan halda pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq mümkündür. Bu baxımından Azərbaycanın nümayiş etdirdiyi mövqe təqdirəlayiqdir. qlobal pandemiya şəraitində Prezident İlham Əliyevin həmrəylik təşəbbüslərinin önəmini isə ayrıca qeyd etmək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri statusunda BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev bu təklifi mayın 4-də Qoşulamama Hərəkatının Zirvə görüşü zamanı irəli sürüb. BMT üzvü olan 130-dək dövlətin Qoşulmama Hərəkatının Sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Onu da vurğulamaq yerinə düşər ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı üzvlərinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunduğu üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə Qoşulmama Hərəkatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilib. Xoş niyyətə əsaslanan bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə onun faşist mahiyyətini bir daha təsdiqləyir.

Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreşin telefon söhbətində də bu təşəbbüsün əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. Artıq BMT-nin 31-ci xüsusi sessiyasının ilkin gündəliyi də açıqlanıb. Bütün bunlar, cənab Prezidentin təşəbbüsünün bəşəriyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir.

İslamova Dilay, 1 nömrəli Uşaq Somatik sanatoriyasının baş həkimi

Bütün xəbərlər Facebook səhifəmizdə