Amerika Yəhudiləri Təşkilatından Azərbaycana dəstək

Amerika Yəhudiləri Təşkilatı cəbhədə baş verən təxribatla bağlı bəyanat yayıb!
Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutublar.
“Vaad L`Hatzolas Nidchei Yisroel” Yəhudi humanitar təşkilatının bəyanatında belə deyilir.
Bildirilir ki, buna adekvat cavab olaraq Azərbaycan Silahlı qüvvələri Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu həlak olub, 5-i isə yaralanıb.
Baş idarəsi ABŞ-ın Nyu-York şəhərində yerləşən, “Vaad L`Hatzolas Nidchei Yisroel” Yəhudi humanitar təşkilatı, Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməlini kəskin şəkildə qınayır, və Ermənistan tərəfindən törədilən hazırkı hadisəni, təcavüz, güc tətbiq etmək aktı və növbəti təxribat hadisəsi kimi dəyərləndirir. Bununla belə, hesab edirik ki, hazırkı gərginləşməyə görə məsuliyyət tam olaraq Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Bütün xəbərlər Facebook səhifəmizdə