Leysan və güclü külək Göyçayın iki kəndində ciddi fəsadlar törədib
Ötən gün axşam saatlarında Göyçayda güclü küləklə müşayiət olunan leysan yağışları bir sıra fəsadlar törədib. SİA xəbər verir ki, təxminən 30 dəqiqə davam edən güclü külək və leysan yağışları rayonunun ən çox Veysəlli, habelə Şəkər kəndlərinə ziyan vurub. Belə ki, bəzi evlərin və tövlələrin dam örtüyü qopub. Külək istixanaların üst örtüyünü dağıdıb, pomidor və xiyar şitillərini, yetişmiş meyvə-tərəvəz məhsullarını tələf edib, ağacları, eləcə də primitiv tikilmiş hasarları, elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb. Hər iki kənddə elektrik və rabitə verilişi dayanıb.
Rayon fövqəladə hallar komissiyasından sakinlərə xeyli ziyan dəydiyi bildirilir. Hazırda xüsusi komissiya kəndlərdə dəyən zərəri müəyyənləşdirir, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB