Mətbuat Şurasının sədri: “Onlayn medianı tənzimləyən qurumun yaradılmasına ehtiyac yoxdur”
Onlayn medianın tənzimlənməsi ilə bağlı demək olar ki, dünyada təcrübə yoxdur. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov onlayn medianı tənzimləyən qurumun yaradılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.
Ölkədə elektron medianın kifayət qədər inkişaf etdiyini bildirən Ə.Amaşov bu sahədə heç bir məhdudiyyətin olmadığını vurğulayıb: "Ölkə əhalisinin yarıya qədəri internetə çıxa bilir, yarım milyon insan "facebook"da öz fikirlərini insanlara çatdıra bilir. Bloklar mövcuddur, artıq bir neçə internet radio və TV fəaliyyət göstərir. Onların kifayət qədər dinləyiciləri var".
Ə.Amaşov Azərbaycan internet mediasının vəziyyətini araşdırmaq məqsədilə mayın sonunda beynəlxalq konfrans keçirməyi planlaşdırdığını bildirib: "Həmin konfransda Azərbaycanda internet jurnalistikanın vəziyyəti, problemləri, eyni zamanla perspektivləri müzakirə ediləcək".
Ə.Amaşov bildirib ki, Şuranın internet portallarının fəaliyyətinə tam nəzarət etmək səlahiyyəti də yoxdur: "Belə bir nəzarətdən söhbət gedə bilməz. Portalların bir neçəsi MŞ-nin üzvüdür və onlarla bağlı da Şuraya şikayət daxil olur. Mətbuat Şurası yalnız etik prinsiplərin pozulması ilə bağlı məsələləri müzakirə edə bilər. Şuranın nəzdində onlayn jurnalistika ilə məşğul olan bir qrup yaradaq ki, gələn şikayətlərə baxsın. Həmin xəbər portallarında jurnalist etikasının pozulması ilə bağlı məqamlar müşahidə olunduqda MŞ müvafiq qərar qəbul edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB