COVID-19-la mübarizədə beynəlxalq həmrəylik modeli

Almaz Osmanova: "Azərbaycan Prezidentinin dünya birliyini bir araya gətirən təşəbbüsünün dəstəklənməsi dövlət başçımıza inamın göstəricisidir"

Bütün dünya artıq aylardır ki, koronavirus "imtahanı" verir. Topsuz-tüfəngsiz atəş açan bu müharibədə Yer kürəsinin bütün qitələri "gözəgörünməz düşmən”lə vuruşmağa məhkumdur. Koronavirus - silahsız-sursatsız baş verən üçüncü dünya müharibəsidir, deyərdik. Ancaq koronavirusun gətirdiyi bəlalara baxmayaraq, bu gün bütün xalqımız adından böyük qürur hissi ilə bəyan etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini həyata keçirmiş qalib Baş Komandandır. Belə ki, dövlət başçısının qəti tapşırıqları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, tərəddüd etmədən ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavirus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilmişdir. Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koronavirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açmışdır. Ölkə Prezidentinin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah operativ şəkildə çalışaraq, zəruri qərarları və tələbləri müəyyən etmiş, vaxtında Azərbaycan xalqına çatdırmışdır. Operativ Qərargah vasitəsilə hazırlanıb xalqa ünvanlanmış icazə sistemləri və qadağa qaydaları pandemiya şəraitində insanların həyat fəaliyyətinin idarə olunması və tənzimlənməsində mühüm rol oynamışdır.

Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi "Biz birlikdə güclüyük!” çağırışı real həyatda, ən çətin proseslərdə taleyüklü məsələlərin həllində özünün real gücünü və əhəmiyyətini isbat etmişdir.

Qeyd etmək istərdim ki, koronavirus pandemiyasının bu gün dünyada bir sıra qlobal itkilərə gətirib çıxardığı, dünyanı sosial-iqtisadi, humanitar problemlər qarşısında qoyduğu halda, Azərbaycanın bu istiqamətdə apardığı sistemli mübarizənin bir çox dövlətlər tərəfindən dəstəklənməsini müsbət dəyərləndirməklə, bunu ölkəmizin getdikcə artan nüfuzunun reallığıdır. Azərbaycanın dövlət başçısı İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü, tam mənada BMT dövlətinin dəstəyini qazanması deyilənlərin real sübutudur və bu təşəbbüsün dəstəklənməsində dövlət başçısının imici, onun nüfuzu böyük rol oynayır. Başa düşürlər ki, Prezidentin dünya birliyi çərçivəsində oynadığ rol, tutduğu mövqe bir çox dövlətlər tərəfindən dəstəklənir və bu onu göstərir ki, bu sahədə Azərbaycanın təcrübəsi zəngindir və bu təcrübədən faydalanmaq lazımdır. Bu günlərdə Azərbaycan dövlətinin getdikcə artan nüfuzunun bir daha şahidi olduq. BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın, etibarın növbəti göstəricisi oldu.

Dünyada koronavirus pandemiyasının dünyada tüğyan etdiyi ilk gündən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı, təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu bəlaya qarşı mübarizədə fəal iştirak etdi. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatında keçirilən Zirvə görüşü dünya siyasətçilərinin əsas mövzusuna, kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrildi. 120 üzv dövlətin yekdil dəstəyi ilə dünyanı çalxalayan koronavirus pandemiyası ilə mübarizəyə həsr olunan Zirvə görüşündə Prezident İlham Əliyev açılış nitqi söyləyərək, koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini xatırladaraq, bu bəlanın və onun fəsadlarının aradan qaldırılması Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğunu vurğuladı. 2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi kimi Azərbaycan diqqəti COVID-19-a qalib gəlməyin mümkünlüyünə, bütün dünyanın üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən qarşılıqlı dəstək və birgə səylərlə gəlməyin yollarına yönəltdi və BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi atılan addımların davamı oldu. Nəticədə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsü 130-dan çox dövlət tərəfindən dəstək verilməsi bir daha ölkəmizin dünyadakı artan nüfuzunu əyani sübut etdi.

Bir məqama da toxunmaq istərdim ki, biz pandemiya dövründə Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslərin dünya ölkələri tərəfindən dəstəklənməsinə ilk dəfə şahidlik etmirik. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış etdi və dövlətləri vahid düşmənə qarşı birlikdə mübarizə aparmağa səslədi. Ardınca aprelin 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVID-19” pandemiyasına həsr olunmuş onlayn Zirvə Görüşləri təşkil edildi. Prezidentin hər iki təşəbbüsü çətin dövrdə qlobal həmrəylik və birlik nöqteyi-nəzərdən mühüm addım idi. Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin təşəbbüsləri dünya ölkələrini “özünəqapanma sindiromu”ndan xilas etdi və dövlətləri pandemiyaya qarşı birgə mübarizə aparmağa ilhamlandırdı. Eyni zamanda, Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə qlobal birliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib və 30-dan çox ölkəyə humanitar yardım göstərib. Bu vaxta qədər Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə donor ölkə kimi ehtiyacı olan ölkələrə 10 milyon dollar dəyərində yardım etdi.

Bir sözlə, bütün bunların arxasında heç şübhəsiz ki, Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət dayanır.

Məlum olduğu kimi, artıq iyulun 10-dan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında xüsusi sessiyası başlayıb. İnanırıq ki, 10 iyul tarixində başlayan xüsusi sessiya koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasında mühüm rol oynayacaq.

ALMAZ OSMANOVA,

YAP Zəngilan rayon təşkilatının Qadınlar Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə