Azərbaycan xalqının maraqları Prezidentin həyat qayəsidir

"Müasir dünyada artıq bütün problemlərin, mübahisəli məsələlərin həlli yolları siyasi yanaşma və diplomatik münasibətlərdən keçir. İndi topla-tüfənglə müharibə aparmaq müasir dillə desək elə də trend deyil". Bu fikirləri "Səs" qəzetinə acqlamasında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev bildirib.

Onun sözlərinə görə, indi dövlətlər və nüfuzlu beynəlxalq təşkilatların əsas məqsədi ortaya çıxan problemlərin həllini sülh, əmin-amanlıqla axtarıb tapmaqdır: "Belə olan məqamda dünyada mövcud dövlətlərin rəhbərlərinin diplomatik qabiliyyətləri daha ciddi əhəmiyyət daşımağa başlayır. Azərbaycan xalqı və bütün dünya ictimaiyyəti Cənab Prezident İlham Əliyevin böyük diplomatik qabiliyyətinə hələ uzun illər əvvəl bələd olub, yüksək qiymətləndirmişdi. O təhsil aldığı və daha sonra dərs dediyi Moskva Beynəlxalq Münasibətlər İnstutunda çox qabiliyyətli bir diplomat kimi yetişmişdir. Lakin heç kimə sirr deyil ki, Ulu Öndər Heydər Əliyev məktəbini keçən hörmətli Prezident bəlkə də, bu dünyaya xüsusi fitri istedadla elə diplomat kimi gəlmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin birinci-vitse Prezidenti kimi və AŞPA-da nümayəndə heyyətinin rəhbəri kimi Cənab Prezident Azərbaycan xalqının mənafeyini ləyaqətlə müdafiə etmişdir. Xüsusən də neft kontraktlarının imzalanması, eyni zamanda hərarətli keçən diplomatik görüşlər zamanı qətiyyətli mövqeyi və ağıllı məsləhətləri ilə Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. Cənab İlham Əliyev dünya siyasətinin əsas məğzini dərindən anlayan, beynəlxalq əməkdaşlığın vacibliyini dərk edən və bu əməkdaşlığa öz töhfəsini verə bilən nadir şəxsiyyətlərdəndir".

Azərbaycan Respublikası yenidən öz müstqilliyini əldə etdikdən və Ulu Öndər Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin dünyada tanıdılması, nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunması məsələsi ortaya çıxanda da Cənab İlham Əliyevin diplomatik dühası özünü bariz göstərdi, — deyən Ənvər Haqverdiyev bildirib ki, hətta bir çox təcrübəli dipomatlar onun diplomatiya sahəsində fitri istedadından sonralar öz memuarlarında bəhs etmişdilər: "Cənab Prezident üçün istər daxili siyasi sferada, istərsə də, xarici diplomatiya sahəsində yalnız bir əsas məqam var. O da Azərbaycan xalqının milli və dövlət maraqları. Ümumiyyətlə, Cənab İlham Əliyev üçün Azərbaycan xalqından, onun təhlükəsizliyindən, sağlamlığından daha vacib bir məhfum yoxdur. Azərbaycan xalqının maraqları Onun həyat qayəsidir. Yaxşı xatırlayıram bir neçə ay bundan qabaq o açıq ifadə etmişdir ki, koronavirusla mübarizənin ilk mərhələsində ya iqtisadi inkişafı, yaxud xalqın sağlamlığını seçmək qarşısında qalarkən heç düşünmədən xalqın sağlamlığını seçdiyini demişdir. Bu qətiyyətli mövqe koronavirusla mübarizədə mayakımız olmalıdır".

İlham Heydər oğlu Əliyev gücünü xalqından, istiqamətini Ulu Öndərdən, məfkurəsini Azərbaycançılıq ideyalarından alır, deyən Ə.Haqverdiyev vurgulayıb ki, Cənab Prezident diplomatiya masasında Ali Baş diplomat, döyüş meydanında isə Ali Baş komandan kimi hər zaman qalibdir: "Bu gün dünyanın bəlkə də, dünya müharibələrindən sonra ən çətin vəziyyətlərindən biridir. Əgər biz dünya dövlətləri, xalqlar koronavirusla mübarizədə birləşə bilməsək, virusun böhranlı halı tezliklə ötən əsrin dünya müharibələrində həlak olan adamlarından daha çox can alacaqdır. Kim bilir bəlkə də, elə bu obrazlı desək növbəti “dünya müharibəsidir” ki, bizlər şahidlik edirik.

Koronavirusla bağlı çox ciddi fəsadlar törədə biləcək hallarla dünya qarşı-qarşıyadır. Ola bilsin ki, digər dövlətlər və dövlət başçıları bu məsələnin hələ də, fərqində deyil. Lakin Cənab Prezident dünyanın başı üzərində olan problemin fərqindədir. Dünyada həyacan dəbilini məhz Azərbaycan Respublikasının Prezidentinin çalması Azərbaycan xalqının hümanist dəyərlərə verdiyi yüksək qiymətdən xəbər verir.

Bildiyiniz kimi, bu gün birbaşa münasibətlər qurmaq, diplomatik səfərlər etmək, ikitərəfli əməkdaşlıq sazişləri imzalamaq mümkünsüzdür. Indiki imkanları doğru dəyərləndirmək, qarşıya çıxan problemləri həll etmək və dünyanı bu bəladan xilas etmək lazımdır. Dünyada indi mübarizə və müharibələr intellektual sferada aparılır. İnformasiya mübadiləsi və internet resurslarından istifadə bugünki dünyanın idarə olunmasında ciddi əhəmiyyətə malikdir.

Dünya dövlətləri bir çox məqamda öz resurslarını yalnız öz problemlərinə həsr etmək istədiyi bir zamanda Cənab Prezident İlham Əliyev böyük hümanizm göstərərək bütün imkanlarımızı dünya xalqları ilə paylaşmağa hazır olduğunu ifadə etdi. Dəfələrlə müxtəlif beynəlxalq arenalarda, keçirtdiyi videokonfrans formatında görüşlərdə koronavirusla mübarizənin Azərbaycan modelindən bəhs edən Azərbaycan Prezidenti dünyanın da bu sahə təcrübələrini öyrənməyində vacibliyini ifadə etmişdir.

Qoşulmama hərakatının sədri kimi İlham Əliyev öz ətrafında dünyanın 130 ölkəsini, müxtəlif materik və qitələrini, müxtəlif baxışlara sahib beynəlxalq təşkilatları təmsil üzvləri birləşdirə bilən, dünya tarixində bənzərinə çox az rast gəlinən diplomatik addım atdı. Öz sözünü, xalqının sözünü, dünyanın sözü edə bilən İlham Əliyev həm böyük dövlət xadimi kimi, həm də böyük diplomat kimi tarixə öz adını yazdırmağa davam edir.

Bütün məsuliyyətimlə deyirəm ki, Cənab İlham Əliyev dünyanın hər birimizin evi olmasını kainatımızın böyük əksəriyyətinə anlada bilmişdir. Dünyada mövcud dövlətlərin əksəriyyəti məhz Azərbaycanın təşəbbüsləri sayəsində başa düşmüşlər ki, indi adi həyatda qalmaq üçün dünya dövlətləri əməkdaşlıq etməli və resusrlarını paylaşmalıdır.

Bu gün Azərbaycan bütün diplomatik mərhələləri ustalıqla Prezident İlham Əliyevin sayəsində keçmiş, adi təklif, dəvət gözləyən dövlətdən BMT-nin Baş Assambleyasına təklif və təşəbbüs verən və təklifləri qəbul olunan və təşəbbüsləri dəstəklənən bir ölkəyə çevirilmişdir.

Artıq Azərbaycan xalqı tam mənasında qürur hissi duya bilər. Bu gün hamımıza məlumdur BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının gündəliyi məlum olmuşdur. Bu da o deməkdir ki, Cənab Prezidentin möhtəbər təşəbbüsünün həyata keçməsi üçün artıq real addımlar atılmaqdadır.

Son günlər artan beynəlxalq nüfuzumuz və hərbi qüdrətimiz işğalçı Ermənistanın daha azğınlaşmasına, həddini aşmasına səbəb olmuşdur. Çünki dünya elitasının Ermənistanın yeni rəhbərliyinə olan etimadı doğrulmadı. Azərbaycan Prezidentinin dünyaya verdiyi hümanist töhfələr Azərbaycanla Ermənistan arasında siyasi saldonu hər zaman olduğu xeyrimizə formalaşdırmış oldu. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidentinin dünyada rolu və diplomatik nüfuzu Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinə öz müsbət təsirini mütləq göstərəcəkdir.

Dövlət başçımızın siyasi və diplomatik addimları, razı salma və öz qərarlarını diktə etmə qabiliyyəti Azərbaycanın bir çox sahədə olduğu kimi beynəlxalq münasibətlər sahəsində də, tərəqqi və uğurlarımızın təminatçısıdır".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə