“Bu təşəbbüsün qəbulu Prezidentimizin dünyada mövqeyinin göstəricisidir” Şərabanı Məlikova

"Azərbaycan Prezidentinin koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər dövlətimizin dünyadakı çəkisini daha da artırdı. Ölkəmizin dünyadakı artan nüfuzuna əyani sübut kimi, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının təşkil olunması təşəbbüsünə 130-dan çox dövlət tərəfindən dəstək verilməsini göstərmək olar". Bu fikirləri SİA-ya YAP Ağsu rayon təşkilatının Qadınlar Şurasının sədri Şərəbanı Məlikova bildirib.

"Ötən illərdə yaddaqalan diplomatik uğurlar bir-birini əvəz etdikcə bütün bunların dövlətimizin başçısının düşünülmüş siyasi kursunun məntiqi nəticəsi olduğuna əminlik yarandı", - deyən Ş.Məlikova qeyd edib ki, biz pandemiya dövründə Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin dünya ölkələri tərəfindən dəstəklənməsinə ilk dəfə şahidlik etmirik: "Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış etdi və dövlətləri vahid düşmənə qarşı birlikdə mübarizə aparmağa səslədi. Ardınca aprelin 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVID-19” pandemiyasına həsr olunmuş onlayn Zirvə Görüşləri təşkil edildi. Prezidentin hər iki təşəbbüsü çətin dövrdə qlobal həmrəylik və birlik nöqteyi-nəzərdən mühüm addım idi. Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin təşəbbüsləri dünya ölkələrini “özünəqapanma sindiromu”ndan xilas etdi və dövlətləri pandemiyaya qarşı birgə mübarizə aparmağa sövq etdi. qlobal pandemiyaya qarşı mübarizədə önəmli addım olacaq.

Əlbəttə ki, cənab İlham Əliyevin bu təşəbbüsünün beynəlxalq dəstək alması həm də onu göstərir ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə və müvəffəqiyyətlə həyata keçirir. Hətta qlobal böhran dövründə Azərbaycan Prezidentinin həm ölkə daxilində pandemiya ilə mübarizədəki qərar və sərəncamları, gördüyü mühüm tədbirlər, həm də beynəlxalq miqyaslı təşəbbüsləri, ehtiyacı olan 30 dövlətə göstərilən yardımlar bunu bir daha təsdiqləyir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı aparılan effektiv mübarizə dünyada qlobal əməkdaşlığa, təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfələr verəcək".

Ş.Məlikova vurğulayıb ki, bu gün Azərbaycan Prezidentinin təşəbbüsünün belə qısa zaman kəsiyində qəbul olunması bir daha dövlət başçımızın dünya müstəvisindəki yüksək yerinin və mövqeyinin göstəricisidir: "Bu həm də onu göstərir ki, Azərbaycanın dövlət başçısı təkcə regional müstəvidə deyil, həm də qlobal səviyyədə məsələlərə müdaxilə etmək, dünyəvi proseslərin məcrasına təsir etmək imkanlarına malikdir".

"Bu bir real faktordur ki, ölkəmizin pandemiya dövründə qlobal həmrəyliyə verdiyi töhfə və ölkə daxilində əhalinin sağlamlığının qorunması istiqamətində görülən genişmiqyaslı tədbirlər sözsüz ki, dünya ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar və xalqımız tərəfindən izlənilir, dəstəklənilir"- deyən Ş.Məlikova onu da bildirib ki, bütün bu görülən tədbirlər fonunda ölkə başçısının əsas məqsədi əhalinin sağlamlığı ilə bağlı etdiyi çağırışlar, sosial məsuliyyətin dərk edilməsi yönündə etdiyi maarifləndirici çıxışlar, sosial məsafə və maska taxmaqla bağlı məsələlərdə sərgilədiyi həssas münasibət, pandemiya dövründə əhalinin sosial vəziyyətinin sabit saxlanılması ilə bağlı qəbul etdiyi qərarlar koronavirusa qarşı mübarizədə Azərbaycan modelini dünyaya təqdim etməyimizə imkan yaratdı: "Məhz bu gün ÜST bu epidemiyadan az insan itkisinə görə Azərbaycanı nümunə ölkə kimi qiymətləndirmişdir. Bütün bunların arxasında isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət dayanır".

Ş.Məlikova belə bir qlobal və həmrəyliin vacibliyi olan bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət olan Ermənistanın yenə də destruktiv davranışı ilə özü-özünü dünyada bir daha biabır etdiyinideyib: "Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi".

Ş.Məlikova, həmçinin bildirib ki, artıq iyulun 10-da Baş Assambleyanın 31-ci xüsusi sessiyası öz işinə başlayıb: "Əminik ki, BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizə ilə bağlı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyası çərçivəsində dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarının tapılmasına nail olunacaq".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...