Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb - Vaqif Dərgahlı

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.

SİA xəbər verir ki, bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan kütləvi informasiya vasitələrində guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi ilə bağlı yayılan məlumatla bağlı AZƏRTAC-ın sorğusunu cavablandırarkən deyib.

V.Dərgahlı bildirib ki, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə