İlham Məmmədov Yevlaxda seçiciləri ilə görüşüb - FOTOLAR

09 İyul 2020-ci il tarixində 48 saylı Yevlax Seçki Dairəsindən Millət vəkili seçilmiş İlham Məmmədov seçildiyi seçki dairəsi üzrə Yevlax şəhərində, rayonun Yuxarı və Aşağı Qarxun, Qoyunbinəsi kəndlərində seçicilərlə görüş keçirib. Görüş Nazirlər Kabineti yanında Opreativ Qərargahın tövsiyyə və tapşırıqlarına əməl etmək şərti ilə keçirilib.

İlham Məmmədov İlk öncə seçicilərinə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə icra edilmiş qabaqlayıcı tədbirlərdən danışıb, karantin müddətində vətəndaşlara yardımların edilməsindən işsiz statusu qazanmış, karantin müddətində işini itirmiş şəxslərə dövlət tərəfindən təyin edilmiş ödənişlərdən danışıb, sahibkarlara dəymiş ziyanın aradan qaldırması məqsədi ilə dövlətin tam qayğısı ilə əhatə olunmalarını seçicilərinin diqqətinə çatdırıb.

İlham Məmmədov dövlətin icra etdiyi tədbirlərin efektliyini artıqmaq məqsədi ilə hərkəsi məsuliyyətli olmağa çağırıb, tibbi maskalardan istifadəinin və sosial məsafə saxlmağın vacibliyini vurğulayıb. Sonra fərdi qaydada seçicilər dinlənilib onları narahat edən məslələrlə bağlı qeydlər götürülüb, məsələlərin həlli üçün aidiyyati qurumalar qarşısında məsələ qaldırlacağı bildirlib.

Daha sonra Qoyunbinəsi kəndində inşa edilən 480 şagird yerlik məktəb binasının tikintisi ilə tanış olub, tikinti işlərinin gedişi ilə yaxından maraqlanıb.

İlham Məmmədov qeyd edib ki, o seçicilərinin yanındadır və onların qayğılarının həlli istiqamətində hər zaman çalışmağa hazırdır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə