Qida Təhlükəsizliyi Agentliyi Masallıda reyd keçirib

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Masallı rayonunda fəaliyyət göstərən bir neçə ictimai iaşə obyekti, ərzaq satışı mağazasında reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Belə ki, Masallı rayonunun Boradigah qəsəbəsində “Kaktus” market, Ərkivan qəsəbəsində Paşayev Elvin Mirdaməd oğluna, Şirəliyeva Elnurə Rakif qızına, Mütəllimzadə Nurlan Çingiz oğluna məxsus marketlərdə daha çox uyğunsuzluqlar aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə