Nərimanov rayon prokuroruna yeni müavin təyin olundu

Bakının Nərimanov rayon prokurorluğuna yeni təyinat olub. SİA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Elgiz Qənizadə Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.

Faktı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə