Politoloq koronavirusa yoluxub - ÖZƏL

Politoloq Yusif Bağırzadə Koronovirus infeksiyasına yoluxub. SİA-nın məlumatına görə, politoloq Yeni Klinikada artıq 15 gündür ki, müalicə alır.

Biz də Yusif Bağırzadə ilə əlaqə yaradaraq onun vəziyyəti ilə maraqlandıq. O, vəziyyətinin hazırda stabil olduğunu söyləyib. Ailə üzvülərindən isə heç kimdə test nəticəsinin pozitiv olmadığını deyib.

Y,Bağırzadə bildirib ki, Yeni Klinikada xəstələrin hər biri lazımınca müalicə alır və heç bir problemləri yoxdur. Politoloq fürsətdən istifadə edərək cənab prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya son texnologiyaya sahib bu xəstəxananın vaxtından tez istifadəyə verilməsinə görə minnətdarlığını bildirib. Yeni Klinikanın həkimlərinin qayğısına isə xüsusi diqqət çəkərək həkimlərə də təşəkkür edib.

SƏS ailəsi olaraq biz də politoloq Yusif Bağırzadəyə Allahdan şəfa diləyir və tez bir zamanda sağlamlığına qovuşaraq evinə, ailəsinin yanına qayıtmağını arzu edirik.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə