YAP Gənclər Birliyinin üzvləri həkimlərlə videokonfrasla görüş keçirib - FOTOLAR

08 iyul tarixində YAP Nərimanov rayon Gənclər Birliyinin təşkilatçılığı ilə koronovirus pandemiyası dövründə xalqımızın sağlamlığnın qayğısına qalan həkimlərlə gənclərin videokonfrans formatında görüşü keçirilib. Vebinarda YAP Nərimanov rayon Qadınlar Şurasının sədri, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini, 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini, Məhəbbət İbrahimova, 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkiminin birinci müavini Səbinə Əhmədova, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova və gənclər iştirak etmişlər. SİA-nın məlumatına görə vebinarı giriş sözü ilə açan YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova qonaqları və iştirakçıları salamlayıb və bildirib ki, dünyanı öz cənginə alan Koronovirus pandemiyası ölkəmizdə də yayılmağa başlayıb və artıq aylardır dövlətimiz, səhiyyəmiz bu pandemiyayla olduqca çevik mübarizə aparır. Bu mübarizədə, bu müddətdə əsas yük, əsas məsuliyyət məhz həkimlərimizin üzərinə düşmüş oldu. Hər kəsə yaxşı məlumdur ki, koronavirusla mübarizədə həkimlərin, tibb işçilərinin rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə "əsgərlərimiz" həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.

Sonra YAP Nərimanov rayon Qadınlar Şurasının sədri, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini, 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini Məhəbbət İbrahimova və 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkiminin birinci müavini Səbinə Əhmədova qeyd ediblər ki, bütün dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə bu gün də geniş tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində lazım olan bütün zəruri işlər görülür.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan natiqlər Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd ediblər. Bildiriblər ki, istər ölkə rəhbəri İlham Əliyevin, istərsə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaq.
Həmçinin qonaqlar gənclərə virusdan qorunmaq, onun qarşısının alınması istiqamətində öz tövsiyyələrini veriblər.
Sonra qonaqlar gənclərin suallarını cavablandırdılar.

Sonda isə həkimlərimiz gənclər tərəfindən xalqa fasiləsiz xidmət etdikləri üçün, millətimizin sağlamlığını canları bahasına qoruduqları üçün alqışlanıblar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə