29 illik şərəfli yolun yolçusu - "İki sahil" qəzeti

Azərbaycanda mətbuat orqanları arasında özünəməxsus yeri olan, fəaliyyətini milli və dövlətçilik maraqları üzərində quran “İki sahil” qəzetinin ilk sayının işıq üzü görməsindən 29 il ötür. 29 ildə "İki sahil" qəzeti kifayət qədər şərəfli bir yol keçib.

Qəzet bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacarıb. Hər zaman dövlətçiliyin, Ulu Öndər Heydər Əliyev ideallarının reallaşmasına və Prezident İlham Əliyevin xalqın və dövlətin maraqlarına hesablanan xeyirli, gərəkli siyasətini təbliğinə çalışıb. “İki sahil” qəzeti jurnalistika peşəkarlığı ilə bağlı qaydalara əməl edən ən yaxşı mətbuat orqanlarındandir. Fəaliyyətə başladığı gündən hər zaman ədalətli mövqe tutması və haqqın yanında olması ilə geniş oxucu rəğbəti qazanıb.

Mühüm uğurlarının təməlində həm də 1990-ci illərin əvvələrində ölkədə hökm sürən ağır dövrdə xalqın mənafeyinə uyğun fəaliyyət göstərməsi, Ulu Öndər Heydər Əliyevin çağırışlarını, ideyalarını cəmiyyətə çatdırması olmuşdur. Müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyevin siyasi tezislərini cəmiyyətə çatdırmasında “İki sahil” qəzeti mühüm rol oynayıb. O zaman “İki sahil” qəzetində Dahi Öndərimiz Heydər Əliyevin fəaliyyəti ilə bağlı müxtəlif materiallar dərc edilmişdir.

Dahi Öndərimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan durumu təhlil edərkən reallıqların təbliğində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirmişdir: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm”.

Bir sözlə, “İki sahil” qəzeti 29 illik fəaliyyətində dövlətçilik, Azərbaycançılıq ideologiyasının təbliğində mühüm rol oynayıb və bu xətti hazırda da inamla davam etdirir. Təbii ki, “İki sahil” qəzeti bundan sonra da Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevim xalqın və dövlətin maraqları naminə həyata keçirdiyi siyasətin təbliğinə xidmət edəcək və Azərbaycan mətbuatının inkişafına yeni-yeni töhfələr bəxş edəcək.

“İki sahil” qəzetinin 29 illik ildönümünü təbrik edir, Vüqar müəllim başda olmaqla qəzetin kollektibinə can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

“Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev

Bütün xəbərlər Facebook səhifəmizdə